"İnformasiya savaşı "meydan oxumaq", təhqir etmək, hədə-qorxu gəlmək, etdiyini başa vurmaq deyil. Bu tip "informasiya savaşı" sonda bumeranq effekti verəcək qədər ağrılı prosesə çevrilə bilər”.
Sherg.az xəbər verir ki, bunu hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.
O. bildirib ki, Azərbaycan“da xüsusi bir təbəqə var, bu gün söydüklərini sabah paket qarşılığında dəstəkləyəcək:
“ O tip insanlar artıq elmli təbəqə ilə yanaşı ən cahil insanlara da tanışdır. Və onların dediyi hər şey – həqiqət olanlar belə ciddi qarşılanmır. Güvən duyulmur. İnformasiya savaşında isə təməl prinsip, ilk addım güvən qazanmaqdır ki, təbliğ edilən, yaxud diqtə edilmək istənilən informasiyanı cəmiyyət də, düşmən də, qarşı tərəf də həzm etsin. Güvənilməyən, məsxərəyə qoyulan qeyri-ciddi fiqurları təmizləmək, həqiqi dövlət və Vətən anlayışları olan insanların sözünə qulaq verilməlidir. "Paket ekspertləri", "paket həqiqətçiləri" bizi geri salır”.