Nazir: Yeni açılan avtomobil zavoduna 8 milyon manat sərmayə yatırılacaq
10:29 09.02.2019
Arxiv
561
Hacıqabul Sənaye Məhəlləsində bu gün təməli qoyulan avtomobil zavoduna 8 milyon manat sərmayə yatırılacaq.
"Sherg.az"ın məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın "Azərmaş” ASC-nin Rusiyanın "QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimində jurnalistlərə bildirib.
Ş.Mustafayev deyib ki, zavod Rusiya texnologiyalarına əsaslanacaq və növbəti ilin sonuna qədər təhvil verilməsi nəzərdə tutulur: "Bir il ərzində müxtəlif təyinatlı 1000 ədəd avtomobil istehsal ediləcək. İstehsal olunmuş avtomobillərin yarısı Azərbaycanın daxili bazarında satılacaq, qalan hissəsi isə üçüncü ölkələrə ixrac olunacaq. Zavodun açılması sənaye sahəsində çox gözəl nümunədir və Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsinə töhfə verir”.
Xatırladaq ki, bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın "Azərmaş” ASC-nin Rusiyanın "QAZ Qrup” (Qorki Avtomobil Zavodu) ASC ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak ediblər.
Bildirilib ki, zavodda tikinti işləri növbəti ilin ortalarına qədər təhvil veriləcək, burada kiçik tonnajlı avtomobillər istehsal ediləcək. Dəyəri 14 milyon manat olan zavodun illik istehsalı 1000 avtomobil təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm