Nazpəri Dostəliyeva: "Bağça müdirəsi kimi çalışacam"
21:25 24.01.2016
Arxiv
616
"Xarici görünüşümə görə hər kəs məni tez əldə edəcəyini zənn edirdi"
Xalq artisti Nazpəri Dostəliyeva "Yoldaş Rövşanə ilə” verilişində ona edilən haqsızlıqlardan bəhs edib. Xalq artisti durumun davam edəcəyi təqdirdə, ölkəni tərk edəcəyini bildirib: "Efirlərə çıxmağıma kanallar tərəfindən rəsmən qadağan qoyulmayıb. Mətbuat konfransı keçirdim və bu öz təsdiqini tapdı. Amma heç nə dəyişmədi. Heç bir kanalın qapısını döyməmişəm, döymərəm də. Mənim günahım nədir? 14 yaşımdan toylarda iştirak etmişəm. 40 il sərasər toyda olmuşam. Bu gün ayda 20 toya gedirəm. Həyatımdan narazı deyiləm. Alnım açıqdır. Xalqıma qarşı sadiq olmuşam. Heç vaxt xalqıma qarşı bir yalnışım olmayıb ki, buna görə utanım və əziyyət çəkim. Pedaqoji fəaliyyətim mənə rahatlıq gətirir. Eyni zamanda bağça müdirəsi kimi çalışacam. Uşaqları çox sevirəm. Özümə və sənətimə arxayınam. Başqa ölkələrdən də iş təklifi almışam. Ola bilsin, 2-3 ilə o təklifi qəbul edib, başqa ölkədə çalışdım. Məni sevənlərdən küsüb gedə bilmərəm. Anlaşılmazlıq varsa, mən tərəfdən deyil. Burada vəziyyət belə davam eləsə, getmək istəyirəm, çünki fəaliyyətimi dayandırmaq istəmirəm. Vətənimə artıq qonaq kimi gəlib-gedəcəm. 3 ildir, susuram. Televiziya rəhbərlərinə küsüb, vətəni tərk etmək istəyirəm. Onların ixtiyarı nədir, xalq artistinə qeyri-rəsmi qadağalar qoyub, yaradıcılığımı boğsunlar? Nə qədər yaradıcılıq işi görmüşəm, bağlayıb atmışam, evdə qalıb. Bu, haqsızlıqdır, paxıllıqdır, gözü götürməyən bədbəxtlərin işidir. Məni əhatə edən insanların sevgisini də atıb gedə bilmirəm. İki yol ayrıcında qalmışam. Arxivimin 20 faizi yayımlanıb. 80 faizini məndən sonra yayımlayarsınız. Şou-biznesdə bəzi müğənnilərin neçə cür simalarını gördüm. Düşmənim yoxdur, sadəcə məni gözü götürməyənlər çoxdur". (gecce.az)
Xalq artisti "Niyə ikinci dəfə ailə qurmadınız?" sualına belə cavab verib: "İki oğlum var. Onlara ikinci ata lazım deyildi. Övladlarım məndən, mən də onlardan razıyam. Xarici görünüşümə görə hər kəs məni tez əldə edəcəyini zənn edirdi. Çox etibarlı və sadiq kişi dostlarım var. Amma bir şeyi övladlarım üçün qoruyub saxlamışam. Onları əsl kişi kimi böyütmüşəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi