“Mən seçimimi etmişəm, sevirəm, xoşbəxtəm. Qaldı yaşına, elə yaşlı bir insan deyil. 19 yaşlı ağzıgöyçək üçün bəlkə yaşlı görünür, o öz ailəsinə baxsın. Mənim şəxsi həyatıma müdaxilə etməsin”
"Nə yaxşı ki, bu yaşa qədər oturub gözləmişəm” - Ülviyyə Əliyeva
“İnsanlığına vuruldum. Elə ailəm də onunla bir görüşdən sonra razılıq verdilər”
“Mən seçimimi etmişəm, sevirəm, xoşbəxtəm. Qaldı yaşına, elə yaşlı bir insan deyil. 19 yaşlı ağzıgöyçək üçün bəlkə yaşlı görünür, o öz ailəsinə baxsın. Mənim şəxsi həyatıma müdaxilə etməsin”
“Mən seçimimi etmişəm, sevirəm, xoşbəxtəm. Qaldı yaşına, elə yaşlı bir insan deyil. 19 yaşlı ağzıgöyçək üçün bəlkə yaşlı görünür, o öz ailəsinə baxsın. Mənim şəxsi həyatıma müdaxilə etməsin”
İnsanlar bir sevərkən gözəl hisslər yaşamış olurlar, bir də ailə qurarkən həyəcanlarını gizlədə bilmirlər. Onunla toyqabağı söhbət etdik. Həyəcanını da başa düşmək mümkün idi. Budəfəki həmsöhbətimiz "Keyxanım” adı ilə tanınan aktrisa Ülviyyə Əliyeva oldu. Aktrisa iyunun 18-də toy edib, gəlin köçür. 37 yaşlı aktrisa toy öncəsi təəssüratlarını "Şərq”lə bölüşdü.
- Ailə qurursuz. Xoşbəxt olmağınızı arzu edirik.
- Çox təşəkkür edirəm. Bəli, Allahın köməyi ilə ailə qururam. Mən hər bir insana ailə sevinci, sevgisi arzulayıram.
- Necə tanış oldunuz gələcək həyat yoldaşınızla?
- Ailə dostlarımın vasitəsilə tanış olmuşuq. Çəkiliş zamanı da məni izləyirdi, amma yaxınlaşmağa cəsarət etmirdi. Sonra yaxınlaşdı, görüşdük, ünsiyyət qurduq. Ailə qurmağa qərar verdik.
- Ürəyinizi necə qazana bildi. Hər ikinizin əvvəllər bir evliliyi olub...
- Xasiyyəti ilə ürəyimə yol tapdı. İnsanlığını sevdim. Nə yaxşı ki, bu yaşa qədər oturub onu gözləmişəm. Çox şükür.
- Bildiyim qədər ananız sizin ailə qurmağınızı çox istəyirdi, bu günü çox gözləyirdi. Reaksiyası necə oldu?
- İlk dəfə idi ki, bütün ailə ikiəlli razı idi. Çünki doğrudan da çox yaxşı insandı. Mükəmməl insandı. Hörmətə layiq biridir. Bəzən insani xüsusiyyətlər hər şeydən önə keçir. İnsanlığına vuruldum. Elə ailəm də onunla bir görüşdən sonra razılıq verdilər. Əsas odur ki, mən insan kimi insanla tanış oldum. Bu günümə də şükür edirəm.
- Səhnədə, şou-biznesdə olmağın ailə qurarkən çətinlik yaratmayacaq? Qadağaları oldumu sənətinlə bağlı?
- Qətiyyən, o məni sənətdə görüb bəyənib. Sənətimi də dəstəkləyir. Bu mənim üçün vacib idi.
- Bu müddətdə səhnədə səni nişanlınız olaraq izlədimi, teatra gəldimi?
- Bilirsiz ki, xarici vətəndaşdı. Burda çox olmur. Amma bura gələndə bir neçə tamaşamı izləyib. Ön sırada oturmuşdu. Camaatın fikri səhnədə, aktyorlarda idi, aktyorların da diqqəti Manafda idi. Çünki Ülviyyənin seçimi hamı üçün maraqlı idi. Maraqla baxırdılar ki, Ülviyyənin nişanlısı tamaşaya, teatra gəlib.
- Bəs səhnəyə çıxanda həyəcan oldumu. Bilirdin ki, nişanlın tamaşaçılar arasında oturub, səni izləyir?
- Aktyorlar, aktrisalar səhnəyə çıxanda 4 divarı olur. Mən səhnəyə çıxanda əslində tamaşaçıları, zalı görmürəm. Təbii ki, həyəcan var idi. Bilirdim ki, gəlib, zaldadı, məni izləyir. Amma səhnəyə çıxanda toparlandım, artıq orda ancaq aktrisasan. Onu da etiraf edim ki, onun fikri, təəssüratları mənim üçün maraqlı idi.
- Təəssüratları nə oldu?
- İlk dəfə səhnədən məni izləyirdi. Verilişlərdən görürdü. Ancaq teatra ilk gələndə səhnədən də ilk məni izləməsi maraqlı oldu. Bəyənmişdi. Dedi tamaşa özü maraqlı idi. Səhnədən səni izləmək daha fərqli hissdi. Bir neçə tamaşamızı izləyib. "Arşın mal alan”ı izləyib.
- Yaradıcı insanların ruhu, yaşam tərzi fərqli olur. Sizin ruhunuzu qaldıra biləcək insan olduğuna əminsiz?
- Həqiqətən yaradıcı insanlar həssas ruha sahib olurlar. Mən bir onu deyə bilərəm ki, özümü o insanda tapa bildim. O da özünü məndə tapmış oldu. Eyni xasiyyətə sahibik. Allah nəzərdən qorusun. O qədər ortaq tərəflərimiz var ki. İlk dəfə Manafın şəklini paylaşanda insanların böyük əksəriyyəti xoş sözlər yazmışdı. Ağzıgöyçək adamlar isə həmişə olub, bəziləri də paxıllıq etdilər, könül bulandırmağa çalışdılar ki, yaşlıdır, biri dedi ki, bu da ərə getdi. Amma mənim üçün böyük mənada ordakıların fikri maraqlı deyil. Hər kəsə hörmətlə yanaşıram təbii ki, amma mən seçimimi etmişəm, sevirəm, xoşbəxtəm. Qaldı yaşına, elə yaşlı bir insan deyil. 19 yaşlı ağzıgöyçək üçün bəlkə yaşlı görünür, o öz ailəsinə baxsın. Mənim şəxsi həyatıma müdaxilə etməsin. Mənim ailəmin, valideynlərimin fikri mənim üçün önəmli idi. Onlar da bu izdivacı sevərək dəstəklədilər. İnsanların çoxu da mənə xoşbəxtlik arzuladılar. Mən bilməzdim ki, tanımadığım insanlar mənim xoşbəxtliyimi bu qədər istəyirmişlər. Allah hər bir qadına bu sevgidən qismət etsin. Biznesmen olmağını qabartdılar. Elə böyük biznes sahibi də deyil. Mənim üçün onun hansı sektorda çalışması, var-dövləti maraqlı deyil. Onun puluna görə ona ərə getmirəm. Mənim də populyarlığıma görə mənimlə ailə qurmur. İkimiz də həyatın çətinliklərini yaşayan insanlarıq. Biz Allahın sınaqlarına şükür edib sonda o mükafatı qazanan insanlarıq.
- İlk evlilikdən bir qızı var. Onların reaksiyası necə oldu, ailə necə qarşıladı?
- Çox normal. Manafın qızı ilə görüşürük, ünsiyyətimiz çox gözəldi. Qızı da bizə xoşbəxtlik arzuladı. Dedi ki, mənim üçün vacib odur ki, atam xoşbəxt olsun. Mən onların ailəsini dağıtmamışam ki, mənə bir pis münasibət olaydı. Qızı da dedi ki, valideynlərim sənə görə ayrılmayıblar ki. Çox şükür ki, elə böyük problemlər olmadı. Qızı da məni qəbul etdi, görüşürük, gözəl ünsiyyətimiz var. Mən o insanın yanında sakitlik tapıramsa, bu mənə yetər. Mən onun yanında qadın kimi özümü xoşbəxt hiss edirəm. Həyatımda ilk dəfədir ki, özümü zəif yox, zərif hiss edirəm. Bütün xanımlara bu hissi yaşamağı arzulayıram. O məni olduğum kimi qəbul edə bilib. Bir insanı ki, bütün müsbət və mənfiləri ilə qəbul edirlər, bundan gözəl hiss varmı?
- Harda yaşamağa qərar vermisiz? Axı o, Rusiyada yaşayır...
- Azərbaycanda. Təbii ki, burda yaşamağa qərar verdik.
- Sevgi onu yenidən vətənə gətirə bildi?
- (Gülür) Hə yəqin ki...
- Toy hazırlıqları necə gedir? Mətbuata bağlı bir toy olacaq?
- Əslində mən hər zaman mətbuata açıq insan olmuşam. Mətbuata hörmətim, dəyərim var. Sadəcə, qonaqlarımız arasında elə insanlar var ki, onlar heç yerdə görüntülənmək istəmirlər deyə bu qərarımıza hörmətlə yanaşılmağı umuram. Toydan sonra müəyyən toy şəkilləri paylaşacam. Mənim ailə qurduğum insan üzdə olan insan deyil deyə, onlar gündəmə gəlmək istəmirlər. Mən sənətdəyəm, amma o insan sənətdən uzaqdı. Bir də bir xahişim var, bəzi insanlar özlərində paxıllıq hissini boğub öldürsünlər. Bəziləri yazır ki, ay Allah, bunu da aldılar, mən qaldım. Yazdılar ki, yaşlı adama ərə gedir. Paxıllıq edənlərə bir sözüm var ki, xoş niyyətli olmağı bacarın. Allah xoş niyyətlərə gec-tez mükafatını verir. Mənim kimi siz də xoşbəxtliyə çatın. Allah məni hər dəfə sınağa çəkəndə şükür etmişəm. Səbr etmişəm. Bunun mükafatıdır ki, Allah mənə Manaf kimi insan qismət etdi.
- Romantik insandımı?
- Hər şey o qədər tez baş verdi ki, romantikaya vaxtımız qalmadı. İlk görüşdən sonra mən Bakıya, o da Rusiyaya getdi. İki ay sonra nişan, elçilik-filan oldu. Tezbazar həll etdik ki, çatdıra bilək. Bir az keçdi, 10 günlük gəldi ki, restoranı danışaq. Toy hazırlıqarı-filan. 52 saata Rusiyadan gəlib ki, nikah tarixi üçün ərizə yazaq. Çatdırmaq çətindi. Hələki romantikaya vaxt qalmayıb.
- Bal ayınız olacaqmı?
- Bal ayı olacaq deyə bilmərəm, bal həftəsi olacaq. Antalyanı seçmişdi ki, ora münasibdi. Çünki Manaf Rusiya vətəndaşı olduğu üçün viza məsələsi var. Antalya ilə də maraqlandıq, toy müddəti Antalyada qar, yağış-boran dedilər, deyə hələ bilmirik bal həftəsində hara gedərik. Allah hər bir xanıma bu həyəcanlı günləri, toy həyəcanını nəsib etsin. Bizi də göz-nəzərdən qorusun. Amin.
Tahirə