“Orta hesabla 15 faiz, bəzi ölkələrdə isə 20 faiz azalıb. Bu, dünya üçün böyük iqtisadi dəyişiklik deməkdir”
"Neftin ucuzlaşmasında Yaponiya 100 milyard qabağa düşdü"
20:35 22.01.2016
Arxiv
476
İlham Şaban: “Bilirsizmi, dünyada ərzağın qiyməti nə qədər aşağı düşüb?”
“Orta hesabla 15 faiz, bəzi ölkələrdə isə 20 faiz azalıb. Bu, dünya üçün böyük iqtisadi dəyişiklik deməkdir”
“Orta hesabla 15 faiz, bəzi ölkələrdə isə 20 faiz azalıb. Bu, dünya üçün böyük iqtisadi dəyişiklik deməkdir”
"Neftin qiymətinin azalması dünya üzrə bütün istehlakçılara sərf edir”. Bu barədə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı ABŞ-ın maliyyə naziri Cek Lyu deyib. Nazir bildirib ki, neftin 1 barelinin 27 dollar təşkil etdiyi müddət ərzində istehlakçıların cibində daha çox pul qalır: "Bunun hesabına istehlakçılar maliyyə durumunu yaxşılaşdırır. Düşünmürəm ki, neftin ucuzlaşması qlobal iqtisadiyyat üçün mənfi təsir göstərir”.
C.Lyu əlavə edib ki, dünya birjalarının silkələnməsinə səbəb olan Çin iqtisadiyyatındakı durum gözlənilməz deyildi: "Çin ixracyönümlü iqtisadiyyatdan istehlakçı aktivliyinə əsaslanan iqtisadiyyata keçməlidir. Əks halda, bu ölkə krizisdən çıxa bilməyəcək”.
Məsələni "Şərq”ə şərh edən iqtisadçı-ekspert İlham Şaban deyib ki, neftin qiymətinin düşməsini dünya bankı da çox müsbət hal kimi qiymətləndirir:
"Nəzərə almaq lazımdır ki, dünyada BMT-nin bayrağı altında 200-ə yaxın ölkə var. Bu ölkələrin cəmi üçdə birində enerji daşıyıcısı, yəni neft-qaz var. Enerjidən asılı olmayan ölkələrin ümumi sayı isə təqribən 30-ya yaxındır. Bu baxımdan həmin ölkələr üçün enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi dünya miqyasında çox böyük bir töhfədir. Bunu bütün iqtisadçılar etiraf edir. Adicə bir fakt deyim. Enerji daşıyıcılarının qiymətinin 100 dollardan bahalı olduğu vaxtlarda, yəni 2011-14-cü illərdə Yaponiya 220 milyard dolları neft və qaz idxalına sərf edirdi. Çünki Yaponiya dünyada enerjidən ən çox asılı olan ölkədir. Bu ölkə heç bir resursa malik deyil. Ancaq indi Yaponiyanın neft və qaza xərclədiyi vəsait 100 milyarddan aşağı düşüb. Geridə qalan vəsaiti texnoloji qurğulara sərf edərək möcüzələr yaradır. Məgər bu, Yaponiya üçün sərfəli deyil? O cümlədən Amerika da belədir. Bilirsizmi, dünyada ərzağın qiyməti nə qədər aşağı düşüb? Orta hesabla 15 faiz, bəzi ölkələrdə isə 20 faiz azalıb. Bu, dünya üçün böyük iqtisadi dəyişiklik deməkdir. Çünki bu durum sahibkarları yeni investisiya sahələrinə cəlb edir”.
Ekspertin sözlərinə görə, Çin iqtisadiyyatı uzun illər qızdırılmış bir iqtisadiyyat olub: "Çində dövlətin bütün investisiyaları ixraca yönəlik iqtisadiyyata axıdılıb. Bunun nəticəsində ümumi daxili məhsul həddindən artıq yüksək tempdə saxlanılıb.
Çin iqtisadiyyatı biryönlü olaraq ixracatdan asılı olan ölkəyə çevrildiyi üçün ixracatda problem yaranan kimi ölkənin gəlirləri aşağı düşür. Ümumiyyətlə, Çin masştablı, böyük bir əraziyə və insan resurslarına malik olsa da, daxildə çox qeyri-bərabər inkişaf edib. Məsələn, okean sahilləri güclü inkişafa malikdir. Ancaq digər bölgələr sənaye potensialına görə, çox geridə qalıblar. Həmin rayonlar yarı ac, yarı tox yaşayırlar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət