Nemət Pənahlının ailəsi narahatdır

Onu tək adamlıq kamerada saxlayırlar



Azərbaycan milli-azadlıq hərəkatının fəallarından biri olan, 90-cı illərdə Meydan hərəkatının qəhrəmanı kimi tanınan Nemət Pənahlının durumundan ailəsi narahatdır.

Həyat yoldaşı Həcər Pənahlı ərinin sağlıq durumunun o qədər də yaxşı olmadığını bildirib. H.Pənahlının sözlərinə görə, Nemət Pənahlı tək adamlıq kamerada qapalı şəraitdə saxlanılır: "Hansı ki, o, şəkər xəstəsidir və havasızlıq və hərəkətsizlik olmaz. Bəlkə də elə bu səbəbdən onu tək adamlıq kamerada saxlayırlar ki, səhhəti daha da pisləşsin. İkincisi də ki, ora elə bir yerdir ki, saxlanma şəraiti yüksək olsa belə, yaxşı olmaqdan söhbət belə gedə bilməz”.

Şəymən