Nizami Cəfərov: "Sovet dövrünün repressiyalarını andıran kənd adları dəyişdirilməlidir"
12:53 05.06.2018
Arxiv
802
"Bəzi ərazilərə, rayon və kəndlərə sovet dövründə verilmiş, xüsusi ideoloji məzmun daşımayan Sovet, Sovetabad, Şurabad və s. kimi inzibati ərazi adları dəyişdirilməlidir”.
Bu barədə "Sherg.az”a Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsinə dair qanun layihəsinə münasibət bildirərkən millət vəkili Nizami Cəfərov bildirib.
O əlavə edib ki, V.Leninin, S.Kirovun, İ.Stalinin, "Qızıl Ordu”nun adı ilə bağlı olan isimlər götürülməlidir:
"Əslində bu adların əksəriyyəti dəyişdirilib. Sadəcə bir neçə rayonda unudulub, qalan sovet adları var. Sovet dövrünün repressiyalarını andıran, müstəqilliyimizi pozan qüvvələrin təsəvvürünü yaradan adlar götürülməlidir. Amma ümumən sovet dövründə qoyulan normativ adların yığışdırılmasına ehtiyac yoxdur. Məsələn, Azərbaycanda "Yenikənd” adları külli miqdarda çox idi.
Onların müəyyən hissəsi dəyişdirildi, bəziləri isə hələ də qalır. Bu adlar qarışıqlıq, narazılıq yaratmadığı müddətcə, müharibə elan etməyin mənası yoxdur. Həddindən artıq ideoloji, qan qaraldan, xalqımıza mənfi hadisələri xatırladan adları dəyişdirmək mütləqdir”.
Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Arif Rəhimzadə Azərbaycanda sovet dövrünə məxsus adların dəyişilməsi ilə bağlı qalmaqallı fikirlərlə çıxış edib. Azərbaycan dövlətini sovet hökuməti qurub” ifadələrini səsləndirən deputat söyləyib ki, bəzi yerlərə sovet hakimiyyətinə bağlı şəxslərin adlarının verilməsinə etiraz etmək düzgün deyil. Çünki onların adı verilməsəydi, hansısa erməninin adı veriləcəkdi:
"Bəli, sovet hakimiyyəti Azərbaycan xalqına divan tutdu. Amma sovet hakimiyyətinin yaxşı işləri də olub axı? Biz də sovet dövründə işləmişik, indi xalqın düşməniyik?!”
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya