Novruz Məmmədov: “Ölkələrə sanksiyaların tətbiq edilməsini ədalətli addım saymırıq"
10:47 18.01.2016
Arxiv
451
"Bu, dialoqa və əməkdaşlığa mane olur, istər-istəməz müəyyən gərginlik yaradır"
"Azərbaycan uzun müddət aparılan danışıqlar nəticəsində əldə edilən razılaşmaya əsasən Qərbin İran İslam Respublikası üzərindən bir sıra sanksiyaları götürməsini alqışlayır".
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini Novruz Məmmədov deyib.
"Biz, ümumiyyətlə, dövlətlərarası münasibətlərdə müxtəlif səbəblərlə ölkələrə qarşı sanksiyaların tətbiq edilməsinin uğurlu və ədalətli addım olmadığını düşünürük. Sanksiyanın nəticələri bütün hallarda onun tətbiq olunduğu ölkənin əhalisinin yükünə çevrilir. Bu, eyni zamanda, müasir beynəlxalq aləmdə dövlətlərarası, sivilizasiyalararası anlaşmaya, dialoqa və əməkdaşlığa mane olur, istər-istəməz müəyyən gərginlik yaradır.
İran İslam Respublikası ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev hələ 2006-cı ilin aprelində Vaşinqtona ilk rəsmi səfəri zamanı Ağ Evin qarşısında jurnalistlərlə brifinqdə sanksiyaların tətbiqinə etiraz edərək bəyanat vermişdi”, - deyə N. Məmmədov vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət