Nüşabə Ələsgərlinin anası vəfat etdi: "Dünyam əlimdən getdi"





Əməkdar artist Nüşabə Ələsgərlinin ailəsinə ağır itki üz verib. Lent.az-ın məlumatına görə, ifaçının anası Solmaz xanım ötən gün gecə saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, anasının vəziyyəti ağırlaşan zaman N.Ələsgərli onunla birgə çəkilmiş fotosunu sosial şəbəkədə paylaşaraq, şəklə "Dünyam əlimdən gedir” şərhini yazıb.