O baba Kılıçdaroğlundan bu dəfə üzr istədi

Şəhid babası: “Sizə reaksiya verdim, kəndlilər də mənə qızdı”



CHP lideri Kamal Kılıçdaoğlu, şəhid polis məmuru Yaşar Uysalın ailəsini ikinci dəfə ziyarət etdi.

Bu dəfə reaksiya deyil, üzr vardı. Partiya sədri, Çoruma gələrək keçən oktyabr ayında Vanda şəhid olan polis məmuru Yaşar Uysalın aillesinə baş çəkdi. 1 noyabr seçkiləri öncəsi Çorumda düzənlədiyi mitinq əvvəli də ailəni ziyarət edən və burada şəhidin babası 80 yaşlı Yaşar Uysalın, "Siz hansı üzlə bura gəlirsiniz?” reaksiyasıyla qarşılaşan Kılıçdaroğlu, dünən ziyarət zamanı baba ilə təkrar görüşdü. 
Ziyarətdə danışan Kılıçdaroğlu, bunları söylədi: "Şəhidimizə başsağlığı üçün gəlmişdik. Babamız mənə giley etmişdi. Mən təbii o ağrını bilirəm. Hər vaxt söyləyirəm, "Allah kimsəyə övlad ağrısı verməsin” deyə. Övlad ağrısı insana çox acı verir. Amma mən bunu unutmadım və bu seçkilər bitsin vətəndaş olaraq gedim və həm babamızla, həm ailə ilə kəndlilərlə bir araya gələk. Bir-birimizi tanıyaq. Biz bir-birimizi sevirik. Hüzur, dinclik içində yaşamaq istəyirik. Təbii ki, terror cəmiyyətimizə çox ağrılar verir. Bu səbəbdən həm gələk və oturaq, danışaq, dərdləşək. Onlar bizi tanısınlar, bizlərə sual versinlər. Belə bir gözəllik olsun deyə düşündüm. Çorum millət vəkilimiz Tufan Kosa ilə görüşdük. O, "Çox yaxşı olar, gedək” dedi. Bu günə qismətmiş.” Kamal Kılıçdaroğlu, onu qapıda qarşılayan şəhidin atası Mustafa Uysalla söhbət etdi. Daha sonra şəhidin babası Yaşarla görüşdü. Uysal, "Bizim kəndin camaatı çox yaxşıdır. Nəvəmin ağrısını yaşayırdıq və o gün siz bura gələn zaman başım yerində deyildi. Sizə reaksiya verdim, kəndlilər də mənə reaksiya verdi. Küçəyə çıxa bilmədim. Mənim savadım yoxdur. Üzürlü sayın " dedi. Daha sonra qadınların yanına gələrək xatirə şəkili çəkdirən Kamal Kılıçdaroğlu, kənd muxtarından qadınları məclisə gətirməsini istədi. Şəhidin evində mətbuata açıqlamalar da oldu. 20 dəqiqəlik görüşdən sonra qəbiristanlığa gedərək şəhid Yaşarın məzarı başında dua etdilər. (milliyet.com) Qəbiristanlığın çıxışında isə kəndli qadınlar tərəfindən önü kəsilən Kılıçdaroğluna kənd çörəyi uzadıldı. Burada da xatirə şəkilləri çəkdirən Kılıçdaroğlu, Ankaraya döndü.