Metronun "28 May" stansiyasında qatara 15-20 əsgər mindi. Çiyinlərindəki yük çantalarından bilinirdi ki, ya hərbi təlimə, ya da harasa toplanışa gedirlər. Cəld qalxıb əsgərlərdən birinə yer verdim. Əvvəl əsgər oturmaq istəmədi. Görünür, özündən 13-14 yaş böyük birinin yerində əyləşməyi özünə sığışdırmırdı. Təkid elədim, məcbur qalıb əyləşdi. Nə oldu bundan sonra baş verdi. Başqa sərnişinlər də - qocalı-cavanlı - qalxıb o biri əsgərlərə yer verdilər. Gözlərim doldu, tər qoxuyan vaqon vətən qoxumağa başladı. Əsgərlərə yer verən adamları bir-bir bağrıma basmaq istədim. Qorxdum ki, bir az da belə davam eləsə, fərəhdən günəş kimi parlayan ürəyim qaranlıq metro tunellərinə sığmasın.
"O "pis qoxu" dediyin potensial şəhid qoxusudur" - Taleh Mansur yazır
07:32 11.06.2019
Arxiv
1436
Metronun "28 May" stansiyasında qatara 15-20 əsgər mindi. Çiyinlərindəki yük çantalarından bilinirdi ki, ya hərbi təlimə, ya da harasa toplanışa gedirlər. Cəld qalxıb əsgərlərdən birinə yer verdim. Əvvəl əsgər oturmaq istəmədi. Görünür, özündən 13-14 yaş böyük birinin yerində əyləşməyi özünə sığışdırmırdı. Təkid elədim, məcbur qalıb əyləşdi. Nə oldu bundan sonra baş verdi. Başqa sərnişinlər də - qocalı-cavanlı - qalxıb o biri əsgərlərə yer verdilər. Gözlərim doldu, tər qoxuyan vaqon vətən qoxumağa başladı. Əsgərlərə yer verən adamları bir-bir bağrıma basmaq istədim. Qorxdum ki, bir az da belə davam eləsə, fərəhdən günəş kimi parlayan ürəyim qaranlıq metro tunellərinə sığmasın.
O anı təsvir edəcək qədər vətənpərvər ürəyə sahib olmadığıma görə bu yalan-palanı daha çox uzatmaq istəmirəm. Qaranlıq metro tunelindən çıxıb, həqiqəti işıqlandırmaq istəyirəm. Bəli, bəli, az öncə düz eşitdiniz, yalan-palanı! Siz Allah, inandınızmı danışdıqlarıma? Bir Allah şahiddir, mən o gənc əsgərə yer verəndən sonra üz-gözündən fərarilik yağan gədələr necə tənəli nəzərlərlə süzürdülər məni.
Bir Allah şahiddir, ətəyi dilindən gödək, sadəcə cinsi qadın (xanım demirəm ha) olan bəzi əyrimçə qızlar əsgərlərə baxıb necə ağız büzürdülər. Hələ əyrimçələrdən biri yanındakı başqa bir əyrimçənin qulağına pıçıltı ilə: "Bunlardan da həmişə elə pis qoxu gəlir ki..."- də dedi arada. Qan beynimə vurdu. Az qaldım, həmin əyrimçənin başını vaqonun dəmir tutacaqlarına döyüm ki, o "pis qoxu dediyin" vətən qoxusudur, o "pis qoxu" dediyin potensial şəhid qoxusudur. O "pis qoxu" dediyin qanmayacaqsan deyə demək istəmədiklərimdi. Amma etmədim, çünki hər şeyə rəğmən onu deyən bir bətnə sahib biriydi və o bətnin dünyaya nə vaxtsa bir əsgər gətirmə kimi ehtimalı var...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Bild": NATO Rusiyaya qarşı müharibə ssenarisi hazırlayıb
20:27 17.08.2026
Gündəm
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial