Obama Ankaranı müdafiə etdi

"Türkiyə, hər ölkə kimi torpağını və hava məkanını müdafiə etmə haqqına malikdir"




ABŞ prezidenti Barak Obama, Türkiyə  hava məkanını pozan rus döyüş təyyarəsinin vurulması haqqında, "Türkiyə, hər ölkə kimi torpağını və hava məkanını müdafiə etmə haqqına malikdir" dedi.

Hadisənin detalları haqqında məlumat almağa çalışdıqlarını bildirən Obama, Rəcəb Tayyib Ərdoğanla yaxın günlərdə ünsiyyət quracağını bildirdi.

Obama, sözlərinə  belə davam edib:

"Hazırda  əhəmiyyətli olan həm türklər, həm də rusların tam olaraq nə baş verdiyini ortaya çıxarmaq üçün bir-birləriylə danışıqlarını təmin etmək və gərginliyin yüksəlməsinə maneə törədəcək tədbirlər görməkdir. Bu hadisənin, Rusiyanın əməliyyatlarının Türkiyə sərhədlərinin çox yaxınında davam etməsi və yalnız Türkiyə deyil, başqa ölkələr tərəfindən də dəstəklənilən Suriya müxaliflərin hədəf alınmasıyla əlaqədar davam edən problemə işarə etdiyini düşünürəm. Rusiya enerjisini DAEŞ-ə qarşı istiqamətləndirsəydi bəzi kompleks səhv və gərginliklər daha az olardı."