Obama Putinlə Türkiyəni danışd





 İqlim konfransı üçün Fransanın paytaxtı Parisdə olan ABŞ lideri Barak Obama ilə Rusiya dövlət başçısı Vladimir Putin arasında ikili görüş baş tutub. İki liderin görüşü 30 dəqiqə davam edib. Obama-Putin danışıqlarında Suriya və Ukraynadakı siyasi böhran, rus döyüş təyyarəsinin   "F-16"lar tərəfindən vurulması gündəmə gəlib.
Danışıqlarla bağlı Kremldən şərh gəldi. Kremlin sözçüsü Dimitri Peskov, rus döyüş təyyarəsinin türk reaktivləri tərəfindən salınması mövzusunda Obamanın Putinə kədərlərini çatdırdığı ifadə edildi.
Obamanın Suriyada siyasi keçid  müddətində irəliləyiş  əldə etmək üçün iki tərəfin dialoq qurması çağırışı etdiyi bildirilib.

Obama - Putin danışıqları ilə əlaqədar bir şərh də Ağ Evdən gəldi. Şərhdə,  Barak Obamanın Putinə, "Suriyadakı siyasi keçid müddətində Bəşər Əsədin vəzifəsindən getməsi lazım olduğuna inanırıq" dediyi ifadə edildi.