Ofislərin kirayə haqqları o qədər bahalaşdı ki... - Avtoparklarda yerləşməyə məcbur oldular

 ABŞ-ın böyük şəhərlərindən olan San - Fransiskoda ofislərin kirayə haqqları o qədər bahalaşıb ki, insanlar çıxılmaz vəziyyətdə qalıb. Təşəbbüskarlar bu vəziyyətdən çıxmaq üçün #WePark hərəkatına başlayıb. Ofis kirayələrini qarşılaya bilməyən bir çox adam yol kənarında saatı 2.5 dollar olan avtoparklarda yer kirayələyib. Bu axın 10 gün içərisində Avropaya da sıçrayıb.
Sherg.az xarici media istinadən xəbər verir ki, ABŞ mətbuatı tez-tez Facebook, Google kimi şirkətlərin işçilərinin belə San - Fransiskoda büdcələrinə uyğun ev kirayələməkdə çətinlik çəkdiyinə dair məlumatlar verir. İqamətgah kirayələrindəki bu artımın çoxu ofis kirayələrində yaşanır. San - Fransiskonun mərkəzində ofis kirayələri son 1 ildə 10 faiz artaraq kvadrat metri 850 dollara çatıb. Yəni 100 kvadrat metrlik bir ofisə aylıq 85 min dollar ödənir.
Artan bu qiymətlər San Fransiskoda yeni bir axının doğulmasına səbəb oldu. Təşəbbüskar Victor Pontis təxminən 10 gün əvvəl yol kənarında saatı 2.5 dollar olan avtopark sahəsinin gündəlik ödənişini ödəyərək masasını qoydu və kompüterində işə başladı. Pontisin Twitter hesabından yaydığı xəbərə görə, park yeri axtaran bəzi sürücülər onlara tərs baxışlar atsa da, hər hansı bir problem yaşanmadı. Bununla belə bir nəfərin şikayəti ilə hadisə yerinə gələn polis  "Hadisə çıxmasın" deyərək Pontisi öz halına buraxdı.
#WePark hərəkatı San - Fransiskoda başladı və 10 gün içərisində ABŞ-da 5 şəhər və Fransanın Tulze şəhərinə yayıldı. Fransada fəaliyyət göstərən 21 yaşlı təşəbbüskar Valentin Décarpentrie, olduğu şəhərdə də kirayə haqqlarının yüksək olduğunu vurğulayıb.
Turan Can