Ölkə başçısı: Bizim siyasətimiz xalqın maraqlarına cavab verir
17:05 01.02.2019
Arxiv
525
Biz düzgün yoldayıq, çünki bilirik ki, bizim siyasətimiz xalqın maraqlarına cavab verir.
"Sherg.az"ın məlumatına görə, bunu Prezident İlham Əliyev Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib:
"Biz 1993-cü ildən başlayaraq ancaq inkişaf və tərəqqi yolu ilə gedirik. Amma baxın, 1993-cü ilə qədər nələr baş verirdi. Azərbaycan demək olar ki, dünya xəritəsindən silinirdi. Müstəqilliyimizin ilk illəri ağır, faciəli illər idi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün hərbi çevrilişindən sonra vəziyyət daha da ağırlaşdı. Xaos, anarxiya, özbaşınalıq, quldur dəstələri çiyinlərində avtomat küçələri gəzirdilər.
Siz gənclər bunları görməmisiniz, bəlkə də televiziya kadrlarında görmüsünüz. Biz bunları görmüşük - özbaşınalıq, rüşvətxorluq, korrupsiya. Səriştəsiz adamlar vəzifəyə gəldilər, ölkəmizi bərbad vəziyyətə saldılar, vətəndaş müharibəsinə təkan verdilər və Azərbaycanda vətəndaş müharibəsi başladı. Məhz o hakimiyyətin xəyanətinə görə torpaqlarımız işğal altına düşmüşdür. Bütün bunları biz görmüşük. Əgər Azərbaycan xalqı 1993-cü ildə müdriklik göstərməsəydi, Heydər Əliyevi hakimiyyətə dəvət etməsəydi, bizim taleyimizin necə olacağını bilmək olmazdı. Ona görə bütün bunları görərək biz bugünkü sürətli inkişafı daha da yüksək qiymətləndirməliyik və bu inkişafı dayanıqlı etməliyik.
Biz Azərbaycanın dövlət maraqlarının keşiyində nəyin bahasına olursa-olsun durmuşuq. Bu yolda təzyiqlər də, yalanlar da, böhtanlar da, iftiralar da olub. Bunların heç biri bizi öz yolumuzdan döndərə bilməyib. Ona görə ki, biz düzgün yoldayıq. Çünki bilirik ki, bizim siyasətimiz xalqın maraqlarına cavab verir. Əldə etdiyimiz nəticələr, nailiyyətlər, gözəlləşən şəhərlər bütün bədxahlara, bizə zərbə vurmaq istəyənlərə, paxıllıq edənlərə ən gözəl cavabdır. Amma bu proses daimi olmalıdır, davam etməlidir. Buna görə siz gənclər buna hazır olmalısınız, hər şeyi bilməlisiniz.
Sizin üçün ən başlıca vəzifə müstəqilliyi, milli maraqları qorumaq, Azərbaycanı yad təsirlərdən qorumaq və xalqımızın rahat həyatını təmin etməkdir. Mən şübhə etmirəm ki, siz buna hazırsınız. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm. Sizi qarşıdan gələn Gənclər Günü münasibətilə bir daha təbrik edirəm və gənclərə "Eşq olsun!” deyirəm. Sağ olun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...
05:25 25.05.2026
Dünya
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya