
Onkoloji xəstəliklər niyə çoxalır ? – Professordan detallı izah + Bunlara əməl edin !
17:03 03.06.2019
Arxiv
832
Adil Qeybulla: “Ekoloji çirklənmə, ərzaq və dərman təhlükəsizliyi, içməli su bu xəstəliyin artmasına səbəbi olan amillərdir”
Bütün dünyada onkoloji xəstəliklər getdikcə çoxalır. Eyni durum ölkəmizdə də müşahidə olunur. Statistik göstəricilərdən də aydın olur ki, hər il xərçəng xəstələrinin sayında artım var.
Bəs, bu xəstəliyin artmasına səbəb nədir? Keyfiyyətsiz qidalar, ekologiya yoxsa irsi faktorlar?
Sualımızı cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla onkoloji xəstəliklərin artmasını bir neçə faktorla əlaqələndirir. Ekspert bildirir ki, xəstəliyin artmasının əsas səbəblərindən biri ekoloji amillərdir.
Eyni zamanda ekspert ərzaq və dərman təhlükəsizliyinin, içməli su probleminin ürəkaçan olmamasını da xəstəliyin artması səbəbi kimi qeyd etdi:

"Ölkəmizdə ərzaq, dərman və içməli su təhlükəsizliyi ilə bağlı konsepsiyalar hazırlanmalıdır. Bütün bunlar milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsi olmalı və əhali arasında xəstəliklə bağlı geniş maarifəndirmə aparılmalıdır.
Bütün dünya üzrə onkoloji xəstəliklərin artması müşahidə olunur. Amma Azərbaycanda belə xəsətliklərin çoxalması səbəbləri çoxsaylıdır. Əvvəla bir məqama diqqət yetirmək lazımdır. Ölkəmizə daxil olan ərzaq məhsullarının böyük əksəriyyəti genetik modifikasiya olunub. Demək olar ki, yerli istehsal olunan məhsullar yoxdur.
Yerli məhsullar olsa belə bazara daxil olmur. Ancaq müəyyən korporativ maraqlarla ölkəyə müxtəlif ərzaqlar, qida məhsulları gətirilir və satılır. Belə məhsulların böyük əksəriyyəti isə aşağı keyfiyyət parametləri ilə xarakterizə olunur. Keyfiyyətsiz məhsulların istifadəsi isə sonra ciddi fəlakətlərə gətirib çıxarır”.
Professor qeyd edib ki, insanların həyat tərzinə fikir vermələri də olduqca önəmli faktordur:
"İdmanla məşğul olmamaq, həddindən artıq qida qəbul etmək, artıq çəki problemi, metobolik sindromlar bəzi xəstəliklərə səbəb olur. Belə həyat tərzi onkoloji və xroniki xəsətliklərin inkişafı üçün bir fondur. Hesab edirəm ki, qida və dərman təhlükəsizlik konsepsiyamız formal xarakter daşımalı deyil”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Donald Trampa təşəkkür edib
19:03 16.07.2026
Rəsmi
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
18:47 16.07.2026
Hərbi
Sabah çimərliklərdə hava necə olacaq?
18:08 16.07.2026
Ekologiya
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
18:00 16.07.2026
Sosial
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
17:50 16.07.2026
Dünya
Azərbaycanın müstəqil siyasəti Moskvanı tam qane etmir - ŞƏRH
17:41 16.07.2026
Gündəm
"Kəpəz" Vadim Abdullayevi transfer etdi
17:33 16.07.2026
Futbol
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol