“Opinion Way”in açıqladığı nəticə Prezidentin qərarlarının müsbət təzahürüdür”





"Cənab prezidentin topladığı səs faizi istər daxili, istərsə də xarici resurların sorğusuna görə, hər zaman yüksək olub”.

Bu sözləri "Sherg.az”a açıqlamsında millət vəkili Rüfət Quliyev deyib.

Deputat bildirib ki, prezidentin siyasətinin əsasını vətəndaşa xidmət amili təşkil edir:

"Ölkə başçısının belə bir prinsipi var: O, hansısa məsələni qoyur, həll mexanizlərini konkretləşdirir və nəticələrlə əlaqədar məruzəni gözləyir. Azərbaycan artıq 25 ildir ki, bazar iqtisadiyyatı prinsiplərini həyata keçirir. Ölkəmizdə iqtisadiyyatın inkişafı planlı formada gedir. Müəyyən proqram mexanizmləri hazırlanır və həyata keçirilir.

Məsələn, regionların sosial-iqtisadi proqramları qəbul olunub. Hər il cənab prezident keçirdiyi müşavirədə keçirilən işlərlə bağlı məlumat əldə edir. Təbii ki, bütün bunlar prezdentin keçirdiyi islahatların çoxşaxəli olduğunu və xalqımıza xidmət etdiyini göstərir. Kənd təsərrüfatının inkişafı, qlobal və sosial layihələrin həyata keçirilməsi iqtisadiyyatımızın əsaslı şəkildə inkişaf etdiyini göstərir. Bu, olduqca vacib məsələdir.

Cənab prezidentin problemli kreditlərin həlli istiqamətində gördüyü işlər də vətəndaşlarımıza xidmət amilinin əsas olduğunu göstərir. Bank-maliyyə sektoru heç bir addım atıb hansısa təkliflər edə bilmədilər. O günə qədər ki, ölkə başçısı özü bu məsələ ilə maraqlandı. Ona görə də, respodentlərin çox hissəsinin Prezidentə səs verməsi görülən işlərin bəhrəsidir. "Opinion Way”in açıqladığı nəticə Prezidentin qərarlarının müsbət təzahürüdür”.

Qeyd edək ki, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə "Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib. Sorğuda iştirak edən respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən 83-85 faizinin səsini qazana bilər.

Yeganə Bayramova