“Opinion Way”in sorğusu dəstəkləndi: “Bu siyasət insanlarımızın maraq çərçivəsindədir”





"Prezident İlham Əliyevin ölkəmizdə apardığı sosial siyasətin davamlı olduğunu görürük”.

Bu sözləri "Sherg.az” açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, Prezidentin həyata keçirdiyi siyasət hər bir azərbaycanlının maraq çərçivəsindədir:

"Bütün vətəndaşlarımız görülən işləri yüksək qiymətləndirir. Ölkə başçsının siyasətinin başlıca istiqaməti Azərbaycanın millətçilik və dövlətçilik maraqlarının qorunması, vətəndaşların sosial rifahının yüksəldilməsidir. Eyni zamanda prezidentin siyasəti dünyaya interqrasiya, xarici ölkələrlə iqtisadi-mədəni əlaqələrin çoxalmasına şərait yaradır.

Əmək haqqlarının, təqaüdlərin artırılması, problemli kreditlərin həlli, şəhid ailələrinə verilən kompensasiyalar, qaçqınların mənzillə təmin olunması ilə bağlı görülən işlər prezidentin xalqımızın arxasında olduğunu bir daha sübut edir. 

Eyni zamanda Bakı-Tbilisi-Qars, TANAP və s. kimi qlobal layihələr xarici ölkələr arasındakı iqtisadi əlaqələrlə yanaşı müxtəlif xalqları bir-birinə yaxınlaşdırır, onlar arasında mədəni və turizm əlaqələri genişlənir. Bütün bunlar aparılan islahatların və görülən işlərin hərtərəfli olduğunu göstərir. "Opinion Way” şirkətinin rəy sorğusunda da bu məsələlər və ya reallıqlar öz əksini tapır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə "Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib. Sorğuda iştirak edən respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən 83-85 faizinin səsini qazana bilər.

Yeganə Bayramova