<font color=red></font>
“Opinion Way”in sorğusu göstərir ki, xalqımız Prezidentin siyasətini dəstəkləyir”
10:58 10.04.2019
Arxiv
646
<font color=red></font>
"Fransanın "Opinion Way” şirkəti tərəfindən aparılan rəy sorğusunun nəticələri göstərdi ki, Azərbayca Respublikasının Prezidenti cənab İlham Əliyev hər bir azərbaycanlının prezidentidir, Azərbaycan xalqı öz Prezidentinin yanındadır və dövlət başçısına etimad ən yüksək səviyyədədir”.
Bu barədə "Sherg.az”a açıqlamasında millət vəkili Rauf Əliyev deyib.
Deputatın sözlərinə görə, "Opinion Way”in rəy sorğusunu doqquz mühüm əhəmiyyət daşıyan məsələ ətrafında aparıb. Rəy sorğusu keçirilən bütün məsələlər haqqında rəyi soruşulanların cavablarında yüksək nəticələr qeyd olunub:
"Nüfuzlu və müstəqil bir şirkət olan "Opinion Way” tərəfindən keçirilmiş sorğu zamanı respondentlərə təqdim olunan bütün suallara verilən cavablar göstərir ki, Azərbaycan xalqı dövlət başçısının həm daxili, həm də xarici siyasətini dəstəkləyir. Rəyi soruşulanların fikrincə, dünyada və bölgədə baş verən çoxsaylı mənfi proseslərə baxmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, əmin-amanlığının təmin olunması, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün lazımi tədbirlər görülüb. Bu ilin əvvəlindən Azərbaycan əhalisinin 3 milyona qədərini əhatə edən sosial islahatlar paketinin icrasına başlanıb və bu islahatlar uğurla həyata keçirilir. "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz" sualına rəyi soruşulanların 85,1 faizi bütünlükdə müsbət cavab veriblər. "Azərbaycanda keçirilən sosial iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son bir ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi müsbət cavab verib".
Parlament üzvü qeyd edib ki, respondentlərin bu cavabı müxtəlif səviyyəli ekspertlərin, beynəlxalq təşkilatların və maliyyə qurumlarının qiymətləndirməsi ilə üst-üstə düşür. Məsələn, Dünya Bankının "Doinq Business” hesabatında Azərbaycan hazırda 25-ci yerdə qərarlaşıb:
"Opinion Way”in "İlham Əliyevin qəbul etdiyi "Regionların sosial-iqtisadi inkişaf proqramı” və hökumətin bölgələrdə həyata keçidiyi fəaliyyət nəticəsində regionlar inkişaf edibmi” sualına rəyi soruşulanların 93,1 faizi "hə" cavabı verib. Bu yüksək nəticə onunla izah olunur ki, bu vaxta qədər regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən 3 Dövlət Proqramının uğurla həyata keçirilməsi nəticəsində bölgələrin bütün infrastrukturları, o cümlədən sosial sahələrə aid olan infrastrukturlar müasir standartlara uyğun olaraq yenidən qurulub. Bölgələrdə çox sayda istehsalat müəssisələri, 2 milyondan artıq yeni iş yerləri yaradılıb, müxtəlif sahələrin, o cümlədən qeyri-neft sektorunun əsaslı inkişafına nail olunub, yeni məktəblər, xəstəxanalar tikilib və yeni yollar salınıb. Bu ilin yanvar ayında isə regionların sosial-iqtisadi inkişafına dair 4-cü Dövlət Proqramı qəbul edilib və uğurla icrasına başlanıb".
R.Əliyev əlavə edib ki, sorğunun nəticələri Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük etimad göstərdiyini, ona güvəndiyini bir daha təsdiq edir:
"Azərbaycan xalqı əmindir ki, bundan sonra da respublikamız cənab Prezidentin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf yolu ilə uğurla irəliləyəcək və qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat