Oqtay Əsədov: “Şükürlər olsun ki, bu oyun Azərbaycanda yüksək səviyyədə keçirildi”




Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov dünən Bakıda keçirilən Avropa Liqasının final oyunu haqqında danışıb.

Sherg.az-ın xəbərinə görə, O.Əsədov deyib ki, final oyunu zamanı hüquq-mühafizə orqanları yüksək peşəkarlıq nümayiş etdiriblər:

"Xaricdə belə oyunlar zamanı müxtəlif toqquşmalar yaranır. Şükürlər olsun ki, bu oyun Azərbaycanda yüksək səviyyədə keçirildi. Bizim hüquq-mühafizə orqanlarımız hər zaman belə tədbirlər zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər: 

"Mən onlara təşəkkür edirəm. Bununla bir daha sübut olundu ki, Azərbaycan böyük tədbirləri yüksək səviyyədə keçirməyə qadirdir”.

Anar