
“Ordumuz torpaqlarımızı qısa müddətdə azad etməyə tam hazırdır” - AÇIQLAMA
11:24 27.06.2019
Arxiv
715
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə kursantları və müəllimləri təbrik edən Prezident İlham Əliyev Azərbaycan Ordusunun dünya miqyasında güclü ordular sırasında olduğunu deyib. Dövlət başçısı Ordumuzun gücünün, döyüş qabiliyyətinin və peşəkarlığının artdığını bildirib: "Bu gün ordumuz ən yüksək səviyyədədir. Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır”.
Ölkə rəhbəri vurğulayıb ki, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir: "Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək.
Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək”.
Dövlət başçısının diqqət çəkdiyi məqamları "Sherg.az”a dəyərləndirən siyasi şərhçi Anar İmanov deyib ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasındadır.
Analitik bildirib ki, son illərdə ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm işlər görülüb:

"Ən müasir silah və texnikaların alınması, mütəmadi hərbi təlimlərin keçirilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini daha da artırır. İstər aprel döyüşləri, istərsə də digər savaşlar göstərdi ki, işğalçılar bizim əzəli torpaqlarda çox otura bilməyəcək.
Təcavüzkar Ermənistanın rəhbərləri və onların havadarları bunu gözəl anlayırlar. Başa düşürlər ki, bu gün Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı qısa müddətdə azad etməyə tam hazırdır. Ordumuzda son illərdə aparılan uğurlu islahatlar bunu tam əminliklə deməyə imkan verir”.
Siyasi şərhçi vurğulayıb ki, çoxsaylı paradlarda nümayiş olunan hərbi texnika, əsgər və zabitlərimizin yüksək hazırlığı, mükəmməl döyüş taktikası, qələbə əzmi yaxın gələcəkdə işğal edilən torpaqlarımızın geri alınacağına tam əminlik yaradır:
"Hər kəs istərdi ki, münaqişə ilk növbədə sülh şəraitində həllini tapsın. Amma reallıq odur ki, Ermənistan rəhbərliyi işğal olunmuş Azərbaycan torpaqlarının qeri qaytarılmasına hesablanmış danışıqları hər vasitə ilə uzatmağa çalışır. Görünən odur ki, əgər sülh danışıqları heç bir nəticə verməsə, ədalətin bərpası üçün bir yol qalacaq -hərbi yol. Bu yol isə işğalçıların sonunu gətirəcək...”
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - VİDEO
15:54 02.10.2026
Cəmiyyət
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi
15:49 02.10.2026
Elm və Təhsil
Qayınanası Pünhana 1 kilo yarım qızıl taxdı - VİDEO
15:42 02.10.2026
Şou