Ortaq məxrəc tapılmayıb
20:45 11.01.2016
Arxiv
868
Rusiya-Türkiyə gərginliyi Qarabağın həllini uzadacaq
Ötən 2015-ci il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün uğursuz keçdi. Minsk Qrupunun həmsədrlərinin "canfəşanlığına” və prezidentlərin ilin sonunda baş tutan görüşünə rəğmən problemin həlli istiqamətində müsbət nəticə əldə olunmadı.
Daxil olduğumuz 2016-cı illə bağlı əsas suallardan biri bu il Dağlıq Qarabağ münaqişəsinin həll olunub-olunmaması ilə bağlıdır. Bir sıra politoloqlar 2016-cı ilin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əhəmiyyətli olacağını iddia edirlər. Onların sözlərinə görə, hazırda postsovet məkanında ən kəskin münaqişə kimi Ukrayna ön plana çıxır. Ukraynadan sonra isə ikinci kəskin münaqişə Dağlıq Qarabağdır. Ekspertlərə görə, istənilən təxribat bölgədə qanlı müharibəyə səbəb ola bilər. Ona görə də münaqişəsinin həlli mütləqdir.
Amma "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu münaqişənin həlli ilə bağlı 2016-cı ildən heç nə gözləmədiyini deyib. Politoloq bildirib ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi Qarabağ münaqişəsinin həllinə ciddi əngəldir: "Çünki Rusiya Azərbaycana qonşu və tərəfdaş olan ölkədir. Türkiyə isə strateji müttəfiqimizdir. Bu iki dövlətin maraqlarının kəsişməsi Qarabağ münaqişəsinin də həllinə böyük əngəl törədir. İkinci bir tərəfdən dünyada baş verən son hadisələr, Suriyadakı müharibə, son zamanlar Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsi də məsələnin həllinin uzanmasına təsir edən amillərdəndir”. Politoloqa görə, Rusiyanın ABŞ, o cümlədən Türkiyə ilə maraqları Suriya və Ukranya məsələsində kəsişirsə, bu dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllində ortaq məxrəcə gəlmək ehtimalı çox azdır: "Ermənistan böyük dövlətlər tərəfindən hər hansı formada ciddi təyziqlər hiss edərsə, münaqişənin həllində müəyyən addımlar ata bilər. Amma belə bir tendensiya hələ ki, müşayiət olunmur”.
Politoloq Natiq Miri isə bildirib ki, Qarabağ münaqişəsinin həlli istiqamətində imkanlar həmişə var: "Rusiyanın bu münaqişəni çözmək və eyni zamanda, işğalçı tərəfə təzyiq etmək imkanları bütün zamanlarda olub və yenə də var. Bu gün Rusiyanın həm iqtisadi, həm hərbi, həm də siyasi cəhətdən Ermənistana təzyiq etmək imkanları bütün digər tərəflərdən daha çoxdur. O mənada, əgər Rusiya istəsə, bu münaqişə çözülər. Ən azından Rusiya Türkiyə ilə münasibətləri yenidən tənzimləməlidir və Türkiyə-Azərbaycan-Rusiya üçbucağında Dağlıq Qarabağ probleminin çözülməsi üçün konkret addımlar atmalıdır. Ancaq bu yöndə Rusiyanın özündə çox ciddi tərəddüdlər var. Eyni zamanda Ukrayna məsələsi həll olunmayıb və yaxın zamanlarda həll olunması gözlənilmir. Tərəddüdlər olduqca Dağlıq Qarabağ problemində qeyri-müəyyənlik davam edəcək. Çünki bu gün Rusiya strateji müttəfiqi olan Ermənistanın xətrinə dəymək istəmir. Bu il Dağlıq Qarabağ məsələsinin həllində irəliləyiş olması üçün mütləq mənada həm Ukrayna, həm də Yaxın Şərqdə gedən savaşların həlli lazımdır. Çünki Yaxın Şərq problemi çözülmədən Rusiya-Türkiyə münasibətlərində istiləşmə mümkün olmayacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat