Netanyahu ikinci “ölmədim” videosunu yayımladı

İsrailin baş naziri Binyamin Netanyahu ilə bağlı ölüm xəbərləri beynəlxalq mediada sürətlə yayılsa da, Netanyahu sosial media hesabından paylaşdığı videolarla sağ olduğunu göstərməyə çalışır.

Sherg.az xəbər verir ki, son paylaşımlarında əvvəlcə bir kafe içində görüntüləri yayımlayan Netanyahu, ertəsi gün İsrail vətəndaşları ilə görüşərək fotoşəkil çəkdirdiyi anların videosunu da paylaşdı.

Sosial mediada yayılan müzakirələrdə isə bu videoların süni intellekt ilə hazırlanmış ola biləcəyi iddia olunur.