Ermənistanın təhsil, elm və texnologiya naziri Janna Andreasyan İranın Ermənistandakı yeni təyin olunmuş səfiri Xəlil Şirğolamini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Nazir Janna Andreasyan səfiri təyinatı münasibətilə təbrik edib.
Görüşdə Ermənistanın ali təhsil müəssisələri ilə İranın elm və təhsil müəssisələri arasında əməkdaşlığın, tələbə mübadiləsinin, təqaüd proqramlarının və diplomların qarşılıqlı tanınmasının aktivləşdirilməsinin vacibliyi vurğulanıb. Erməni məktəblərində fars dilinin regional dil kimi tədrisinə toxunulub.
Tərəflər xüsusilə tərcümə proqramlarının həyata keçirilməsi, qarşılıqlı konsertlərin təşkili və kino sahəsində birgə proqramların həyata keçirilməsi yolu ilə iki xalqın ədəbi, elmi və mədəni sahələrdə irsinin qorunmasının və populyarlaşdırılmasının vacibliyini vurğulayıblar.