"Ötən il Silahlı Qüvvələrdə xəstəlikdən ölüm faktı olmayıb" - RƏSMİ
09:53 21.01.2016
Arxiv
405
"2015-ci ildə Silahlı Qüvvələrdə xəstəlikdən ölüm faktı qeydə alınmayıb. Soyuqdəymə xəstəliklərinin səviyyəsi 43 faiz, mədə-bağırsaq xəstəlikləri isə 22 faizədək azalıb”.
APA-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev "Azərbaycan ordusu” qəzetinə müsahibəsində deyib. O qeyd edib ki, dövlət rəhbərliyinin diqqəti və qayğısı sayəsində hərbi hissələrdə məişət şəraitinin yaxşılaşdırılması və keyfiyyətli qida təminatı, tibbi-profilaktik tədbirlər hərbi qulluqçular arasında rast gəlinə biləcək xəstəlik hallarını minimuma endirib: "Bu gün ölkəmizdə mövcud olan müasir hərbi səhiyyə sistemi ən ağır ürək cərrahiyyəsi əməliyyatlarının Baş Klinik Hospitalda uğurla həyata keçirilməsinə zəmin yaradır. Əgər əvvəlki illərdə hər il 20-30 nəfər hərbi qulluqçumuz əməliyyat olunmaq üçün Gülhanə Hərbi Tibb Akademiyasına göndərilirdisə, hazırda bir nəfər xəstənin belə başqa yerə təxliyəsinə ehtiyac yoxdur. Dövlətin hərbi səhiyyənin inkişafına verdiyi önəmin nəticəsidir ki, vaxtilə çarəsi tapılmayan xəstəliklər də özümüzdə müalicə olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət