Ötən il yol-nəqliyyat hadisələrinin sayı azalıb
21:16 18.01.2016
Arxiv
699
Ərşad Hüseynov: “Sürücülərin maarifləndirilməsi istiqamətində bir xeyli irəliləyişlər var”
Ötən il respublika ərazisində qeydə alınan 2220 yol-nəqliyyat hadisəsi nəticəsində 894 nəfər həlak olub, 2265 şəxs yaralanıb.
Bunu Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov deyib. R.Zeynalovun sözlərinə görə, 2014-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 15,7 faiz, həlak olanların sayı 20,5 faiz, yaralananların sayı isə 15,4 faiz azalıb: "Həyata keçirilmiş tədbirlər, o cümlədən yol hərəkəti əleyhinə olan inzibati xətaların qarşısının alınması işinin gücləndirilməsi, bu sahədə, bir tərəfdən vətəndaşların maarifləndirilməsi nəticəsində onlarda qanuna hörmət hissinin daha da artması, digər tərəfdən, inzibati məsuliyyət tədbirlərinin təkmilləşdirilməsi müsbət nəticələrini verib. Ümumilikdə yol-nəqliyyat hadisələrinin, eləcə də qəzalarda həlak olan və yaralananların sayında nəzərəçarpacaq azalma qeydə alınıb”.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da ötən illərlə müqayisədə 2015-ci ildə baş verən yol nəqliyyat hadisələrinin sayının müəyyən qədər azaldığını vurğulayıb: "Açıqlanan statistikanın nə dərəcədə reallığa uyğun olub-olmadığını dəqiq deyə bilmərəm, çünki ölkə ərazisində baş verən bütün yol nəqliyyat hadisələrini sadəcə həmin idarə ümumiləşdirir. Alternativ bir qurum yoxdur. Uzaqbaşı, həmin məlumatlar Səhiyyə Nazirliyində və hüquq-mühafizə orqanlarında ola bilər. Amma istənilən halda açıqlanan rəqəmlərin arxasında bir həqiqət olduğunu düşünürəm. Mən də hesab edirəm ki, 2015-ci ildə digər illərlə müqayisədə nisbətən az gərginlik olub. Bunun isə müxtəlif səbəbləri var. Hesab edirəm ki, sürücülərin maarifləndirilməsi istiqamətində bir xeyli irəliləyişlər var. Sürücü mədəniyyəti, onların yol-hərəkəti qaydalarına münasibəti hələlik arzuolunan səviyyədə olmasa da, müsbət dəyişikliklər hiss olunur. Həmçinin yollarda avtomobillərin istifadəsində müəyyən qədər azalmalar hiss olunur. Ən əsası isə nəzarət mexanizminin həm sərtləşdirilməsi, həm də gücləndirilməsidir. Yol-nəqliyyat hadisələrinin azalmasında bunun da müəyyən təsiri var. Yol polisləri qayda pozan sürücüləri inzibati qaydalarla məsuliyyətə cəlb edir, həmçinin sürücülərin texniki vasitələrdən istifadəsi ilə bağlı məsələ də öz həllini tapıb. Bu 3 komponentin təsiri altında ötən il yol nəqliyyatı sahəsində vəziyyət qənaətbəxşdir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət