“Öz istəyim, xahişimlə vəzifədən getmişəm”
20:50 19.01.2016
Arxiv
847
Zemfira Məhərrəmli: “Jurnalist kimi fəaliyyətimi davam etdirəcəm”
Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri, tanınmış yazıçı-jurnalist Zemfira Məhərrəmli öz ərizəsi ilə vəzifəsindən azad edilib. "Şərq”ə açıqlamasında təqaüd yaşına görə istefa verdiyini təsdiqləyən Zemfira xanım bu yaxınlarda 60 yaşının tamam olduğunu deyib:
"Ötən ilin dekabrında 60 yaşım tamam oldu. İşdən uzaqlaşmağım da məhz yaşa görə təqaüdə çıxmağımla bağlıdır. Yəni öz xahişim və istəyimlə Ombudsman Aparatının mətbuat xidməti vəzifəsindən azad olunmuşam”.
60 illik ömrünün 40 ilə qədərini sevdiyi, rəğbət bəslədiyi jurnalistikamıza həsr etdiyini deyən Zemfira xanım jurnalistikada hər zaman var olacağını qeyd edib: "Mətbuat xidməti vəzifəsindən azad olunmağım o demək deyil ki, jurnalistikadan da gedirəm. Xeyr, jurnalist olaraq öz fəaliyyətimi davam etdirəcəm. Bu mənə uzun illik səmərəli jurnalistlik fəaliyyətimi davam etdirmək, bədii-publisistik yaradıcılığa daha çox vaxt ayırmaq imkanı verəcək. Həyat və yaradıcılıq davam edir”.
Qeyd edək ki, Z.Məhərrəmli, ustad jurnalist Nəsir İmanquliyevin yaratdığı, yaşatdığı uzun ömürlü "Bakı” və "Baku” qəzetlərində elm-təhsil mədəniyyət şöbəsinin müdiri olub. 25 illik fəaliyyətindən sonra Ombudsman Aparatının mətbuat xidməti vəzifəsinə dəvət olunub və məhz bu dəvətlə də 13 il sözügedən qurumda mətbuat katibi vəzifəsini icra edib. 2003-cü ilin aprelindən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışdığını deyən Z.Məhərrəmli Aparatdan xoş xatirələrlə ayrıldığını deyib: "Hər zaman öz işimi sevmişəm, bütün kollektivə dəyər vermişəm. Bütün bunlarla yanaşı, bu dövlət qurumunda, ilk günlərdən qurucusu və təəssübkeşi olduğumuz təsisatdakı gözəl kollektivdə xeyli müddət çalışmağımdan, ölkəmizin ilk Ombudsmanının
İctimaiyyətlə, KİV-lə əməkdaşlığını qurduğumdan məmnunam. Fəaliyyətimin bu mərhələsi də mənim üçün çox önəmli və dəyərli olub. Ömrümün 13 ilinin bu cür qurumda keçməsi, insan hüquqlarının müdafiəsində müəyyən qədər əməyimin olması ilə ancaq fəxr edə bilərəm”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət