Özəl məktəblərin sayını artırmaq olar
09:20 29.06.2018
Arxiv
411
Amma təhsil maddi cəhətdən bütün təbəqə üçün əlçatan olmalıdır
Baş nazirin müavini Əli Əhmədov Azərbaycanda özəl məktəblər şəbəkəsinin artırılması təklifi ilə çıxış edib. O hesab edir ki, məhz bununla yuxarı təhsil pillələrində əlçatanlığın artırılması mümkün olar.
Təhsil eksperti Kamran Əsədov "Təhsil haqqında” qanun Azərbaycanda mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl təhsil müəssisələrinin fəaliyyətinə icazə verdiyini deyib: "Ancaq ölkəmizdə indiyədək yalnız özəl orta məktəblər yaradılıb. Bələdiyyə məktəblərinin yaradılması məsələsi dəfələrlə gündəmə gətirilsə də, bugünədək reallaşmayıb.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən hazırda Azərbaycanda 2018-2019-cu dərs ilində fəaliyyət göstərən dövlət və özəl əyani ümumi təhsil müəssisələrinin sayı 4500-ə qədər olub. Onlardan 346-sı ibtidai, 830-u ümumi orta, 3312-si isə tam orta ümumi təhsil müəssisəsidir. Liseylerin sayı 85, gimnaziyaların sayı isə 15-dir. Eyni zamanda, sağlamlıq imkanları məhdud uşaqlar üçün 17 xüsusi və internat məktəbi fəaliyyət göstərir. Amma dövlət məktəbləri büdcədən asılı olduğu üçün o qədər də sürətlə inkişaf edə bilmirlər”.
Təhsil ekspertinin sözlərinə görə, özəl təhsil müəssisələrinin əhatəliliyi bu gün 1 faizdən aşağıdır:
"Burda təhsil alanların sayı da dövlət orta məktəbləri ilə müqayisədə dəfələrlə aşağıdır. Hazırda özəl məktəblərdə təhsil alan şagirdlərin ümumi sayı isə 1289-dur. Bu, digər ölkələrlə müqayisədə çox aşağıdır. Qardaş Türkiyədə təkcə İstanbulda 7 min orta məktəbdən 3500-ü özəldir. Bu həm büdcə asılılığını azaldır, həm də təhsil müəssisələri arasında rəqabət mühiti formalaşdırır. Dünyanın inkişaf etmiş bütün ölkələrində vəziyyət oxşardır.
Amma ölkəmizdə özəl orta məktəblərin təhsil haqqı hədsiz dərəcədə yüksəkdir. Bu da əlçatımlılığının qarşısını alır. Ölkəmizdə özəl orta məktəblərin problemi təkcə təhsil haqqının yüksək olması deyil, burda digər problemlər də var. Müxtəlif özəl məktəblər var ki, fəaliyyəti cəmiyyətə bəlli deyil, ingilis və ya başqa xarici dilli məktəb olaraq əcnəbi adda fəaliyyət göstərirlər”.
K.Əsədov hesab edir ki, dünya təcrübəsinə görə, qərb ölkələrində bir çox özəl orta məktəblərdə uğurla təhsil alan tələbələr üçün qrantlar və adlı təqaüdlər sistemi nəzərdə tutulur:
"Bu, valideynlərin çəkdiyi ilkin xərcləri əhəmiyyətli dərəcədə kompensasiya edə bilir. Ayrı-ayrı hallarda özəl məktəbin müdiriyyəti istedadlı uşaqları qismən ödəniş müqabilində və ya təmənnasız olaraq məktəbə qəbul edir. Təəssüf ki, bizim ölkəmizdə bu cür təcrübə vüsət almayıb. Ona görə də təhsilin bu sektorunu inkişaf etdirmək, ona olan marağı daha da artırmaq, mövcud problemləri nizamlamaq, əhalinin sosial tərkibindən asılı olmayaraq hər bir təbəqəyə maddi cəhətdən əlçatan etmək üçün təşkilati və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var. Digər tərəfdən, özəl orta təhsil müəssisələrinə öz işlərini daha səmərəli qurmaqda və inamlı təsir bağışlamaqda onlara dövlət dəstəyinin də böyük təsiri ola bilər. Bu, çox vacib şərtlərdən biridir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət