Hadı Rəcəbli :"Adından da göründüyü kimi, özünüməşğulluq hər kəsin ələbaxımlılıqdan azad olaraq özünün sahibkar olmasına yönəlib"
"Məşğulluğun təmin edilməsi məqsədilə ciddi işlər görülür, müxtəlif iş yerləri yaradılır".
Bunu "Sherg.az"a Prezident İlham Əliyevin 2018-ci ilin 9 ayı ərzində Azərbaycanın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasdakı çıxışına münasibət bildirərkən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli deyib.
Komitə sədri qeyd edib ki,cənab Prezident çıxışının böyük bir hissəsini məşğulluğa həsr edib:
"Ölkə başçısı bütün sahələrdə yaradılan iş yerləri - Sumqayıtda tikilən zavod, rayonlardakı sənayə parkları və s. haqqında ətrafı məlumat verdi.
Dövlətimizn başçısı bildirdi ki, Neftçala Sənaye Parkında "Xəzər" adlı avtomobillər artıq istehsal olunur. Bu da çox gözəl hadisədir. Orada 300-ə yaxın avtomobil istehsal olunub. Onların böyük hissəsi, 200-dən çoxu artıq satılıb. Bu zavodun illik istehsal gücü 10 min ədəd avtomaşındır. Əgər daxili tələbat və ixrac tələbatı olarsa, zavod bu səviyyəyə qalxa bilər.
Prezident sənaye parkları ilə bağlı diqqətə çatdırdı ki, Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələr yaradılır. Orada da 2 milyard dollardan çox sərmayə nəzərdə tutulur. Gələn il bir neçə önəmli, vacib müəssisə açılacaqdır.
Mingəçevir Sənaye Parkında da 2 böyük iplik fabriki işləyir. Orada 750 insan işlə təmin olunub. Orada işləyənlər əsasən qadınlardır. Bu iplik fabriklərinə 80 milyon dollar sərmayə qoyulub. Bu, bizim ixrac imkanlarımızı genişləndirir və biz mahlıcı orada ipə çevirərək artıq daha da valyutatutumlu məhsul ixrac edirik. Bu prosesin davamı olmalıdır ki, biz artıq hazır məhsula da nail ola bilək.
Dövlətin bundan sonra da sahibkarlara dəstək göstərəcəyini söyləyən ölkə başçısı xatırlatdı ki, bu günə qədər Sahibkarlığın İnkişafı Fonduna 2,2 milyard manat vəsait ayrılıb. Bu proses davam etdirilir. Bu il də kreditləşmə uğurla gedir, tələbat çoxdur. Bu, çox sevindirici haldır. Əminəm ki, Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti nəticəsində gələn il də ölkəmizdə minlərlə iş yeri yaradılacaq".
Möhtərəm Prezidentimiz maraqlı bir məqamı da qeyd etdi ki, 30 min investisiyanın təşviqi nəticəsində 20 min iş yeri yaranıb. Yəni investisiya təşviq olunub, pul qoyulub və yeni iş yerləri yaradılıb. Bundan başqa cənab Prezident özünüməşğulluqdan sö açdı. Əlbəttə, özünüməşğulluğun təmin edilməsi olduqca vacibdir. Adından da göründüyü kimi, özünüməşğulluq hər kəsin ələbaxımlılıqdan azad olaraq özünün sahibkar olmasına yönəlib".
Millət vəkilinin sözlərinə görə, şəhid ailələrinə uzun müddət idi ki, 11 min manat vəsaitin verilməsi ilə bağlı problemlər var idi. Amma ötən günlərdən etibarən şəhid ailələrinin illərlə verilməyən vəsaitlərin ödənişi gerçəkləşib:
"Bir məsələ də var ki, çıxış edən 3 nəfərin hər birinin çıxışında prezidnetin tapşırıqlarının təzahürü var idi. Vergilər naziri hörmətli Mikayıl Cabbarovun çıxışında prezidentin tapşırığının icrasından söhbət gedirdi. Şəffaflıq, korrpusiyaya qarşı mübarizə və digər məqamlar qeyd olundu. Amma eyni zamanda orada prezidentin tapşırıqlarının bəzisinin bundan sonra icra olunacağı vurğulandı. Məsələn, sual olundu ki, nə üçün sahibkarlar işçiləri qeydə almırlar? Bu gün 1 milyona yaxın qeyri-leqal işçi var. Bu isə son nəticədə həmin işçinin pensiyaya və sığortaya cəlb olunmaması deməkdir. Cənab Prezident bunun səbəblərini qeyd etdi. Səbəb sahibkarın vergi və sığorta yükünün çox olmasıdır. Məsələn, bir işçiyə görə sahibkar Sığorta Fonduna 22 faiz pul ödəyir və orada gəlir vergisi yüksək rəqəmdə olur. Eyni zamanda hazırda işsizlikdən sığorta var və müəyyən müddətdən sonra tibbi sığorta da gündəmə gələcək. Yəni sığorta yükünün sahibkar üçün azaldılması ideyası əsas götürülür. Əgər bu azalarsa, onda işçiləri qeydə alma faizi də yüksələcək.
Həmçinin ölkə başçısı maraqlı bir məsələyə də toxunaraq bildirdi ki, ən böyük vicdansızlıq qaçqın və məcburi köçkünlərə məxsus evlərin başqalarına verilməsidir. Prezident vergi, gömrük, sosial müdafiə sistemi və qaçqınlarla bağlı olan nöqsanları açıq-aydın vurğuladı. Bütün bunları demək olduqca önəmli idi. Prezident bəyan etdi ki, hər bir vətəndaş, sahibkar və məmur qanuna hörmət etməlidir və qanunların aliliyini dəstəkləməlidir”.
Yeganə,
Ayyət