Palata sədri: “Ötən il iqtisadiyyatımız üçün uğurlu olub”





Milli Məclisin yaz sessiyasının bu gün keçirilən sonuncu toplantısında 2018-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi aparılır.

Sherg.az xəbər verir ki, iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, 2018-ci il iqtisadiyyat üçün uğurlu olub.

Onun sözlərinə görə, iqtisadi amillərin dəyişkənliyi bəzi ölkələrin büdcəsinə təsir göstərib:

"Neftin qiymətinin artması 2018-ci ildə müsbət şərait formalaşdırıb. 2018-ci ilin dövlət büdcəsi milli valyutanın məzənnəsinin sabitliyi çərçivəsində icra edilib. Həmçinin qonşu ölkələrdə devalvasiya qeydə alınsa da, manat stabil dinamika nümayiş etdirib.

Qeyd edək ki, "2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilir ki, 2018-ci ildə inflyasiya proqnozlaşdırılan səviyyədən aşağı olub, qiymət artımı tempinin səngiməsinin əsas səbəbi əvvəlki 3 ildən fərqli olaraq, 2018-ci ildə inflyasiyanın təkanverici determinantları arasında manatın məzənnəsinin dominantlığının aradan qalxması olub. Hesabat ilinin yanvar-dekabr ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz inflyasiya qeydə alınıb. 2018-ci il büdcə zərfinə daxil olan məlumatlara görə inflyasiya 6,1 faiz nisbətində proznozlaşdırılıb.

Anar