Paracudoçumuz gümüş medal qazandı



"Bakı-2015” oyunları üzrə cüdo yarışlarının ikinci günündə qadınlar arasında -57 kq-da paracüdoçular mübarizəyə qoşulublar. Əvvəlki görüşlərini qalibiyyətlə başa vuran təmsilçimiz Səbinə Abdullayeva yalnız finalda rəqibi İnna Çerniyaka ippon (100) xalı ilə məğlub olub və gümüş medalla kifayətlənib. İdmançımızın zədəli olması da onun oyununa təsir edib. Döyüşlər zamanı çiynindən və ayağından xəsarət alan paracüdoçumuz medalların təltif etmə mərasimindən sonra xəstəxanaya aparılıb. S. Abdullayeva yarışdan sonra jurnalistlərin suallarını cavablandırıb. Cüdoçumuz həlledici görüşdə məğlub olmasına əsas səbəb kimi zədəli olmasını göstərib: "İlk döyüşümdə tez qalib gəlsəm də, ciddi zədə aldım. Dizimdəki zədəyə baxmayaraq ikinci döyüşdə də qalib gəldim. Lakin zədəm bir az da ağırlaşdı. Finalda isə öndə olsam da dizim bərk ağrıdığından özümü qoruya bilmədim və məğlub oldum. Çox isəyərdim ki, mən də qızıl medal qazanıb, himnimizi səsləndirim və cənab prezident məni təltif etsin. Yenə də gümüş medal da pis nəticə deyil. İnşAllah bunun davamı gələr”. Vüqar Şahinoğluarının ikinci günündə qadınlar arasında -57 kq-da paracudoçular mübarizəyə qoşulublar. Əvvəlki görüşlərini qalibiyyətlə başa vuran təmsilçımız Səbinə Abdullayeva yalnız finalda rəqibi İnna Çerniyaka ippon (100) xalı məğlub olub və gümüş medalla kifayətlənib. İdmançımızın zədəlı olması da onun qoyununa təsir edib. Döyüşlər zamanı çiynindən və ayağı xəsarət alan cudoçumuz medalların təltif etmə mərasimindən sonra xəstəxanaya aparılıb.
Səbinə Abdullayeva oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Cüdoçumuz həlledici görüşdə məğlub olmasına əsas səbəb kimi zədəli olmasını göstərib: "İlk döyüşümdə tez qalib gəlsəm də, ciddi zədə aldım. Dizimdəki zədəyə baxmayaraq ikinci döyüşdə də qalib gəldim. Lakin zədəm bir az da ağırlaşdı. Finalda isə öndə olsam da dizim bərk ağrıdığından özümü qoruya bilmədim və məğlub oldum. Çox isəyərdim ki, mən də qızıl medal qazanıb, himnimizi səsləndirim və cənab prezident məni təltif etsin. Yenə də gümüş medal da pis nəticə deyil. İnşAllah bunun davamı gələr”. 
Vüqar Şahinoğlu