“Paramparça”da şok iddia: Nurgül Yeşilçay ayrılır

Son dövrün parlaq seriallarından olan "Paramparça”da böhran üstünə böhran yaşandığı iddia edilir. Serial xəbərlərinə yer verən "Ranini TV”in xəbərlərinə görə, aktyorlar arasında ciddi anlaşılmazlıq var.
Amma əsl iddia, Nurgül Yeşilçayın serialdan ayrılmaq istəyidir. Xəbərə görə, Nurgül Yeşilçay, serialın prodüser şirkəti Endemol ilə son yığıncaqda "mənə icazə verin” deyib. Əgər böhranın qarşısı alınmasa, Yeşilçayın təxminən 6-7 hissədən sonra "Paramparça” hekayəsindən ayrılacağı danışılır. Keçən həftə də serialın baş rol ifaçısı Nurgül Yeşilçay ilə Erkan Petekkaya arasında "öpüşmə böhranı” çıxdığı irəli sürülmüşdü. Petekkayanın əvvəl də açıqladığı kimi öpüşmə səhnələrinə qarşı olduğu və "Paramparça”da da belə bir səhnəyə etiraz etdiyi ifadə edilmişdi. Yeşilçayın isə Petekkayaya "Bu səhnə çəkilməsi lazımdır” demişdi. Ancaq Petekkayanın Yeşilçaya "Öpüşməyə nə maraqlısan” deyə qışqırdığı iddia edilmişdi.