Parlamentdə beynəlxalq sənəd ratifikasiya olundu




Milli Məclisin bu gün keçirilən iclasında "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında" sazişin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Sherg.az-ın xəbərinə görə, müzakirələr zamanı ölkəmizin bu sənədə qoşulmasının vacibliyi qeyd olunub.

Daha sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Anar