Parlamentdə “Binə” və “Sədərək” sahibinə etiraz: “Feodal qaydalarla vətəndaşın mülkiyyət hüququ pozulur"





Parlamentin hazırda davam edən iclasında deputat Fazil Mustafa "Binə” və "Sədərək” ticarət mərkəzindəki mağazaların sənəd məsələsindən danışıb.

Sherg.az-ın xəbərinə görə, millət vəkili xatırladıb ki, ticarət mərkəzində təxminən 7-8 min mağaza var:

"Bu qədər mağaza da, təxminən 30 minə yaxın vətəndaşı, işçini əhatə edir. Amma orada bütün mağazaların mülkiyyəti mağazanın sahiblərinə deyil, məhz ticarət müəssisəsinin sahibinə məxsusdur. Bu ona bənzəyir ki, bina tikilir sakinə verilir, sonra bina sahibi deyir ki, burada icarəçi kimi yaşamalısan. Məsələ burasındadır ki, oradakı mağazalar 80 min manatdan 200-250 min manata kimi vətəndaşlara satılıb. 

Lakin bu əməliyyat qeyri-rəsmi aparıldığı üçün bu məbləğdə pul ödəyən sahibkarlar mülkiyyət sahibi ola bilməyiblər. Yalnız icarə hüquqi əsasında orada fəaliyyət göstərməyə malikdirlər. Bu, feodal qaydaları ilə vətəndaşın mülkiyyət hüququnun pozulmasının bir nümunəsidir. Hesab edirəm ki, bu kimi məsələlər həllini tapmalıdır”.

Anar