Qabil Hüseynli: “Azərbaycanın torpaqları işğaldadır, müharibə hələ bitməyib. Belə bir şəraitdə yəqin ki, prezident üsul-idarəsi daha səmərəli sayılır”
Parlamentli respublikaya keçid fayda verə bilər, ancaq...
21:09 12.11.2015
Arxiv
595
Əliməmməd Nuriyev: “Xüsusən də Azərbaycanın yerləşdiyi regionu nəzərə alsaq, bu sistemin bizim üçün faydaları çoxdur”
Qabil Hüseynli: “Azərbaycanın torpaqları işğaldadır, müharibə hələ bitməyib. Belə bir şəraitdə yəqin ki, prezident üsul-idarəsi daha səmərəli sayılır”
Qabil Hüseynli: “Azərbaycanın torpaqları işğaldadır, müharibə hələ bitməyib. Belə bir şəraitdə yəqin ki, prezident üsul-idarəsi daha səmərəli sayılır”
Azərbaycanda dövlət idarəçiliyinin parlamentli respublikaya keçməsi məsələsi yenidən gündəmə gətirilib. Məsələylə bağlı mətbuata danışan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa parlamentli respublikanın faydalı tərəflərini şərh edib. F.Mustafa bildirib ki, parlamentli respublikaya keçid bir çox partiyaların proqramında yer alıb:
"Partiya demokratiyasını inkişaf etdirmək üçün belə bir sistemə keçmək faydalıdır. Burada həm də vətəndaşların dövlət həyatında təmsilçilik imkanları artır. Eyni zamanda hakimiyyətin mərkəzləşdirilməsinin qarşısı alınır”. Məlumat üçün bildirək ki, qonşu Gürcüstan artıq parlamentli respublikaya keçid edib. Təkliflə bağlı "Şərq”ə açıqlama verən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev də parlamentli respublikaya keçidin tərəfdarı olduğunu bildirib: "Siyasi partiyaların formalaşması və demokratik proseslərin inkişafı parlamentli respublikalarda daha sürətlə baş verir. Xüsusən də Azərbaycanın yerləşdiyi regionu nəzərə alsaq, bu sistemin bizim üçün faydaları çoxdur. Parlamentli respublika sistemi cəmiyyətdə siyasi plüralizmin daha geniş formada ifadə olunmasına şərait yaradır. Azərbaycan Xalq Cümhuriyyəti də parlamentli respublika olub. Dövlətimiz müstəqillik aktında AXC-nin varisi olduğunnu elan edib. Yəni tarixi varislik baxımından da məsələyə qayıdış vacibdir”. Ə.Nuriyev bildirib ki, müstəqil Azərbaycan dövləti məcbur qaldığı üçün prezident üsul-idarəsini seçib: "Yaranmış situasiya ilə bağlı bu sistemi seçməyə məcbur olduq. Çünki müstəqil olduğumuz ilk illərdə torpaqlarımız düşmən tərəfindən işğal olundu. Belə halda daha çox hakimiyyətin mərkəzləşməsinə ehtiyac duyulur. Ozamankı situasiyada parlamentli respublika mövcud mürəkkəb durumdan çıxa bilməzdi. Həmçinin, parlamentin hökuməti formalaşdırması çoxsaylı ziddiyyətlərə səbəb olardı və əlavə olaraq yeni ərazilərin işğalına gətirib çıxarardı. Elə AXC dövründə də bir il ərzində bir neçə hökumətin formalaşması dövlətin möhkəmlənməsinə imkan vermədi. Ancaq müəyyən zaman keçəndən sonra parlamentli respublikaya keçə bilərik. Çünki Azərbaycan artıq oturuşmuş dövlətdir. Doğrudur, ərazilərimiz hələ işğal altındadır, amma indiki məqamda sistemi dəyişmək bizə ziyan verməz”.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə hesab edir ki, daxili problemləri çox olan, xüsusilə separatizmlə üzləşmiş, müharibələrə cəlb edilmiş ölkələrdə hakimiyyətin mərkəzləşdirilməsi səmərəli olur: "Bir adamın hakimiyyəti belə vəziyyətlərdə səmərə verir. Amma əgər dövlət müəyyən bir səviyyəyə gəlib çatıbsa, idarəçilik sistemində daha çox əhalinin rəyini eşitmək istəyirsə, parlamentli respublika idarəçiliyi bu zaman faydalı olur. Parlamentli respublikada "hakimiyyətin mənbəyi xalqdır” tezisi daha geniş şəkildə həyata keçirilir. Çünki belə olduqda əhalinin seçdiyi deputatın və xalqın rəyi ilə formalaşmış parlamentin dövlət idarəçiliyindəki tənzimləyici və istiqamətləndirici rolu mütləq həddə çatır. Xalqın formalaşdırdığı parlament və parlamentin formalaşdırdığı hökumət səmərəli işləmirsə, onu xalq seçkidə dəyişir. Parlamentli respublika idarəçiliyində xalq istədiyini hökumətə gətirir, istəmədiyini uzaqlaşdırır. Beləliklə də idarəetmə prosesi xalqın özü tərəfindən tənzimlənir. Bu nöqteyi-nəzərdən əgər ölkənin ciddi problemləri yoxdursa, müharibə ilə baş-başa deyilsə, parlamentli idarəetmə sisteminə keçid düzgün yol olaraq seçilir. Ancaq Azərbaycanın torpaqları işğaldadır, müharibə hələ bitməyib. Belə bir şəraitdə yəqin ki, prezident üsul-idarəsi daha səmərəli sayılır. Hakimiyyətin vahid əldə cəmləşməsi daha effektli görünür. Buna görə də parlamentli respublika üsul-idarəçiliyinə gedilmir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm
Gəncədə sahibsiz itlərin toplanmasına başlandı - FOTO
12:26 12.03.2026
Ölkə
Qebreyesus səhiyyəyə çox az vəsait ayrılmasından şikayətlənib
11:38 12.03.2026
Gündəm
"Bitcoin"in qiyməti yenidən 69 min dollara enib
11:10 12.03.2026
İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 95 dolları ötdü
09:58 12.03.2026
İqtisadiyyat
Qızıl və gümüş ucuzlaşdı
09:48 12.03.2026
İqtisadiyyat
"Hizbullah" İsrailə qarşı əməliyyata başladığını elan edib
09:14 12.03.2026
Gündəm