Partiyalar alqı-satqı obyektinə çevrilib
20:59 26.01.2016
Arxiv
608
Əli Əliyev: “YAP bu “təmizləmə” prosesini opponentlərinə qarşı aparmaq niyyəti güdmürsə, Siyavuş Novruzovun fikirlərini normal qarşılamaq olar”
"Azərbaycanda bəzi partiyalar fəaliyyət göstərmək əvəzinə alqı-satqı obyektinə çevrilib. Bəzilərinin isə hüquqi mənsubiyyəti üzərində mübahisə yaranıb, partiyanın kimə aid olması bəlli deyil. Bunlara son qoymaq üçün qanunvericilikdə dəyişiklik etməyə, məsələlərin hüquqi bazasını konkretləşdirməyə qərar vermişik”.
Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, "Siyasi partiyalar haqqında” qanuna və bundan irəli gələrək digər qanunvericiliyə dəyişikliklərin edilməsinin müzakirəyə çıxarılması nəzərdə tutulub: "Bununla bağlı dünya təcrübəsi əsas götürüləcək. Məsələn, dünya təcrübəsində də var ki, partiya yaranandan sonra iki ildə heç bir siyasi prosesdə iştirak etmirsə, avtomatik bağlanır. Yeni hüquqi baza yaradarkən bunları nəzərə alacağıq. Bizdə bəzi partiyalar funksiyalarını yerinə yetirmir, alqı-satqı bazasına çevrilir. 90-cı illərdə Azərbaycanda qeydiyyatdan keçmiş siyasi partiyanı sonradan kimsə alır, kimsə nəsə edir. Bir sıra partiyalarda artıq məhkəmə çəkişmələri başlayıb. Bir tərəf deyir ki, partiyanın adı, möhürü mənə aiddir, digər tərəf isə ona aid olduğunu iddia edir. Biz bütün bunların hamısını qanunla tənzimləməliyik”. Bu problemlərin hazırda AXCP və Müsavat Partiyalarında olduğunu deyən S.Novruzov bildirib ki, yeni dəyişiklik bu məsələləri həll edəcək, mübahisələrə son qoyacaq.
YAP funksionerinin açıqlamasına münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyev "Şərq”ə söyləyib ki, siyasi partiya adına iddialı olan tərəflər ölkənin siyasi həyatında mütəmadi iştirak etməlidirlər: "Onların fəaliyyəti ən azı mətbuat səviyyəsində görünməlidir. Ölkə miqyaslı seçkilərə qatılmalıdırlar. Belə fəaliyyəti olmayan siyasi təşkilatların ortada qalması statistik xarakter daşıyır. YAP bu "təmizləmə” prosesi opponentlərinə qarşı aparmaq niyyəti güdmürsə, S.Novruzovun fikirlərini normal qarşılamaq olar. Yox, əgər bu həqiqətən hakkimiyyətin xeyrinə çıxış etməyən təşkilatların aradan qaldırılmasına yönəlibsə, təşəbbüsü dəstəkləmirik. Çünki bu çox ziyanlı sonluğa gətirib çıxarar”.
Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı isə qeyd edib ki, siyasi təşkilatarı inzibati metodlarla tənzimləmək doğru addım deyil.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi