“Partiyalar təklif və layihələrini hökumətə təqdim edə bilər”
20:04 12.01.2016
Arxiv
453
Siyavuş Novruzov: “Azərbaycanda iqtidar-müxalifət arasında dialoq var və bu proses davam etdiriləcək”
"İqtidar-müxalifət dialoqu bu il də davam etdiriləcək”. Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisinin deputatı Siyavuş Novruzov deyib. S. Novruzov neftin qiymətinin düşməsi, manatın məzənnəsinin dəyişməsinə münasibət bildirərək deyib ki, hazırda Azərbaycanda iqtisadi böhran yoxdur:
"Azərbaycanda iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafı var. Cənab prezident bir neçə gün bundan qabaq geniş müşavirə keçirdi, 2015-ci ilin yekunlarına qiymət verdi, Azərbaycanın iqtisadi artımı, qeyri-neft sektoru inkişafı ilə bağlı fikirlərini bildirdi. Həmçinin, beynəlxalq siyasət, neftin qiymətinin geosiyasi amillərlə aşağı salınması və digər məsələlərə qiymət verdi. Eləcə də, 2016-cı illə bağlı tapşırıq və tövsiyələrini verdi. Həm kənd təsərrüfatının, həm sənayenin inkişafı, həm yerli icra hakimiyyətləri tərəfindən emal müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafı, vergi sistemində islahatlarla bağlı da öz fikrini açıqladı. Təbii ki, neftin qiymətinin aşağı düşməsi, valyutanın məzənnəsinin dəyişməsi ilə əlaqədar müəyyən kreditlərin qaytarılması, əmək haqları, pensiyalardır ki, bununla bağlı da cənab prezident göstərişlərini verdi. Əmək haqları və pensiyaların artırılmasının, sosial müavinətlərin artırılmaıs ilə bağlı təklif verilməsini də hökumətə tapşırdı”.
Onun sözlərinə görə, bu gün müxalifət partiyalarında ölkə başçısının fikirlərinə alternativ layihə təqdim etmək potensialı yoxdur: "Ancaq kiminsə layihəsi varsa, təbii ki, fikirlərini yazılı şəkildə təqdim edə bilər. Hər hansı siyasi partiya istənilən sahə üzrə təklif və layihələrini təqdim edə bilər. Əslində siyasi partiyaların funksiyası dövlətə alternativ təkliflərin verilməsindən ibarətdir. Bu baxımdan burada qəbahət yoxdur, təkliflər verilə bilər”.
S. Novruzov xatırladıb ki, Azərbaycanda iqtidar-müxalifət arasında dialoq var və bu proses davam etdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat