Paşinyan Ermənistanın baş naziri təyin edilib





 Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın ölkənin baş naziri postuna təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, o, 15 gün ərzində Ermənistanın yeni hökumətini formalaşdırmalıdır. Yeni kabinet parlamentdə təsdiqləndikdən sonra fəaliyyətə başlayacaq.