“...Paşinyan Kremlin qəzəblənməsindən qorxur” - Aktual




"Ötən illərə nisbətən bu il Rusiya Ermənistanı məyus etdi. Belə ki Ermənistanda hakimiyyətdə olan "Qarabağ klanı” Rusiyadan həmişə ciddi dəstək alırdı.Bu özünü həmin dövr ərzində keçirilən seçkilərdə də göstərirdi.Yəni daha açıq desək,bu seçkilərin sözü gedən illərdə "saxta" olmasından xəbər verirdi. Lakin indi Ermənistanda "Qarabağ klanı” hakimiyyətdən tamamilə uzaqlaşdırılıb”.

Bu barədə "Sherg.az”a Tətbiqi Politologiya Mərkəzinin araşdırmaçısı Firuzə Hüseyn bildirib.

Onun sözlərinə görə, Paşinyanın "Mənim addımım bloku" yüksək səs faizi ilə qələbə qazandı:

"Paşinyan seçkilərdən öncə erməni xalqına bir çox vədlər verdi. Bəlkə də, onun reytinqini bu vədlər artırdı. Təbii ki, indi o, ölkədə müharibəyə son verməli ,Qarabağ problemini həll etməli, iqtisadi islahatlar həyata keçirməli, bir sözlə, xalqının rifahı üçün çalışmalıdır.Təbii ki, aysberqin görünməyən tərəfini nəzərə almasaq, belə vəziyyətdə Qarabağ haqqında Azərbaycan üçün müsbət addımlar atıla bilərdi.

Lakin Rusiya dəfələrlə bu məsələ həllini tapana yaxın müdaxilə edərək mane olub. İndi Ermənistan hakimiyyəti Qərbə meyl edə bilər. Lakin düşünürəm ki, Paşinyan Kremlin qəzəblənməsindən qorxur. Bu da Ermənistanda ilk hal deyil. Azərbaycanla düşmən ikən,Rusiyanı da münasibətdən qaçırtmaq istəməz. İndi belə qənaətə gəlmək olar ki, Putin Ermənistanda maraqsızdır və onsuz da Paşinyanın ondan qorxduğunu düşünərək, artıq Ermənistan mövzusunda vaxt itirmir. Belə ki, onun daha böyük problemləri var”.

Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə, ekspertin fikrincə, Paşinyanın Moskvaya son səfəri zamanı baş verənlər onu sübut etdi ki,Paşinyan Qarabağ problemində müsbət addım ataraq, reytiqinin azalmasını gözə almayacaq:

"Addımı danışıqlar zamanı öncə biz atmalıyıq.Və düşünürəm ki, 2019-cu ildə Qarabağ probleminin həllində müsbət dividentlər əldə edə biləcəyik.Buna əsaslanmağımızın əsas səbəbi isə kadr dəyişiklikləridir”.