
Pənah Hüseyn Arif Hacılıya əsəbləşdi: “Sən İsa Qəmbərin vəkilisən?”
15:33 13.11.2015
Arxiv
546
“Barak Obamaya, Angela Merkelə əriştə kəsməkdən əvvəl bizə umac ovun”

Xalq Partiyasının (AXP) sədri Pənah Hüseynin İsa Qəmbərin rəhbərlik etdiyi Milli Strateji düşüncə Mərkəzinin keçirdiyi dəyirmi masada etdiyi çıxış qalmaqala səbəb olub.
Mənbənin dediyinə görə, Pənah Hüseyn çıxış edərkən "siyasi müxalifətin durumu, indiki böhranlı vəziyyət üçün başlıca məsuliyyət müxalifətin ən iri fiquru olan İsa Qəmbərin üzərinə düşür”, - ifadəsini işlədib.
Ardınca təklif edib ki, İsa Qəmbər səbəb olduğu vəziyyətdən çıxmaqda maraqlıdırsa fəal siyasi fəaliyyətə qayıtsın. Bu zaman Müsavat başqanı Arif Hacılı yerdən "Bəs iki gün qabaq deyirdin ki, lider mənəm” replikasını atıb. Pənah Hüseynin replikaya cavabı isə gözlənilməz sərt-kobud tərzdə olub:
"Mən müxalifətin lideri yox, ən iri fiquru dedim, ümumiyyətlə isə sən İsa Qəmbərin vəkilisən?!”
P.Hüseyn çıxışını davam edərək daha da sərtləşib. O müzakirəyə çıxarılmış mövzunu (Türkiyədə keçiriləcək G 20 sammiti ilə bağlı) tənqid edərək, "Barak Obamaya, Angela Merkelə əriştə kəsməkdən əvvəl bizə umac ovun”, deyib.(musavat.com)
Daha sonra "İzah edin, necə olur ki, qat- qat repressiv rejim olan, siyasi təşkilatların demək olar ki, olmadığı Cənubda (Güney Azərbaycanda) on minlərlə insan öz haqq və hüquqları uğrunda meydana atılır, bizdə isə ən böyük partiyaların ümumrespublika mitinqinə 300-500 adam gəlir.
Necə olur ki, siyasi təcrübəsinə, intellektual potensialına görə iqtidar komandasından geri qalmayan müxalifət vəziyyətin əlində əsir qalıb? Mənim seçki kampaniyam göstərdi ki, öləziyən xalq yox, siyasi müxalifətdir. Allah müxalifətdəkilərə ağıl versin” fikirləri ilə sözünü yekunlaşdıran P.Hüseynin sondakı cümləni xüsusilə əsəbi tonda səsləndirdiyi bildirilir.
Mənbənin dediyinə görə İsa Qəmbər çıxışla bağlı diskussiya açılmasına imkan verməyib.
Bu məsələyə aydınlıq gətirən Pənah Hüseyn göstərilən tədbirə qatıldığını, orda çıxış etdiyini, yuxarıda qeyd elədiyimiz fikirlərə bənzər sözləri çıxışının kontekstində səsləndirdiyini əsasən təsdiqləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın bir gülümsəməsi diplomatik qızıl medal kimidir - ŞƏRH
17:37 10.03.2026
Gündəm
Lavrov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
17:14 10.03.2026
Gündəm
Heqset: ABŞ İran tam məğlub edilənə qədər geri çəkilməyəcək
17:07 10.03.2026
Dünya
Əli Laricani Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
16:54 10.03.2026
Gündəm
İranın hərbi məğlubiyyəti artıq qaçılmazdır - Tofiq Zülfüqarov
16:44 10.03.2026
Region
Prezident cərimələrin icrası ilə bağlı qanunu təsdiqlədi
16:14 10.03.2026
Gündəm
Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır
15:54 10.03.2026
Dünya
Tramp: İranla danışıqlar aparmağımız mümkündür
15:31 10.03.2026
Dünya
“Azərbaycan hava məkanı qlobal uçuşların ‘qapısı’ oldu - EKSPERT
15:29 10.03.2026
Aktual
Tramp: İranla danışa bilərik
15:29 10.03.2026
Dünya
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:08 10.03.2026
Dünya
İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub
13:32 10.03.2026
Dünya
Yazarlar süni intellektə etiraz etdi: “Boş kitab” nəşr olundu
13:05 10.03.2026
Dünya
Mən "Qarabağ"dan gedəcəyimi demədim - Koxalski
12:57 10.03.2026
Futbol