Pərviz Bülbülə: "Burada eyib bir şey yoxdur..." - VİDEO
16:09 03.02.2017
Arxiv
803
Meyxanaçı Pərviz Bülbülə Lent.az-ın "Canlı yayım”ında qonaq olub. Lent.az-ın məlumatına görə, söz ustası müsahibədə bir çox mövzulardan söz açıb:
"Bu sənətdə müəllimim olmayıb. Sadəcə olaraq Ağamirzədən, Kərimdən, Məşədi Babaya baxa-baxa, hərəsindən bir az nəsə öyrənib, sənətə gəlmişəm. Formalaşıb, öz üslubumu tapmışam. Nəinki mənim, heç bir meyxana deyənin müəllimi yoxdur. Bu gün sənətdə olan insanlar var, onların yolunu davam etdirmək borcumuzdur.
Bu günə qədər sənətdə mənə yol göstərən olmayıb. Deməyiblər ki, onu et, bunu eləmə. Əgər mən meyxananın yolunu bilmirəmsə, niyə meyxanaçıyam? Şagirdlər özünə ustad seçirlər. Bu günləri sırf mənə baxıb, mənim kimi meyxana deyənlər var. Amma məsləhət görərdim ki, bunu eləməsinlər. Çünki bunu edən adam özünü tapa bilməz. Heç vaxt deməmişəm ki, bir insan mənə nəyisə öyrətsin. Bəlkə bu gün ustadlarımız da razıdırlar ki, meyxanaya yalnız dəstək olmuşam. Meyxananı sevdirməkdən başqa heçnə eləməmişəm. Bu günə qədər deyən olmayıb ki, ay Pərviz, sən hardan gəldin, sənə görə meyxanaya qulaq asmıram. Əksinə, mənə görə meyxananı sevənlər olub”.
Meyxanaçı bildirib ki, sənətinin sirlərini kiməsə öyrətmək fikrində deyil:
"Tələbələrim yoxdur. Müraciət edəndə də deyirəm ki, hələ özüm öyrənirəm. İnsan öyrənə-öyrənə kiməsə nəsə öyrədə bilər? Yox. Hər gün yeni bir sirr açılır. İstehsalla, istedad sözünün fərqi var. İstehsalı öyrənmək olar. Amma öz istedadımı qarşımdakına öyrədə bilmərəm".
P.Bülbülə ilk dəfə pul qazandığı peşədən də söz açıb:
"İlk dəfə meyxanaçılıqdan yox, dülgərlikdən pul qazanmışam. Gözəl mebel yığmağı bacarmışam, elə indi də bacarıram. Amma dülgər işlədiyim dövrdə meyxana deməyi də sevirdim. Sadəcə istəmirdim ki, pul müqabilində meyxana deyim. Pulumu dülgərliklə qazanırdım, meyxananı isə sevdiyimə görə deyirdim. Ta o vaxta qədər ki, meyxana özü mənə dedi ki, daha bəsdir, dülgərliyi bir kənara qoy. 13-14 yaşımdan meyxana deyə bilirdim. İndi də çox istərdim ki, balaca bir məkanım ola, özüm dülgərlik edim. Burada eyib bir şey yoxdur, mən bu sənətdən çörək qazanmışam. Meyxanadan ilk qazandığım pul isə mənə çox qəribə gəldi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov Vladanka Andreyeva ilə görüşüb
17:16 22.12.2025
Siyasət
Multikultural ailə mühitində qadın empavermenti – Sürəyya Ağaoğlu
16:57 22.12.2025
Tarix
Politoloq: Danışıqlar yalnız görüntü xarakteri daşıyır
16:51 22.12.2025
Dünya
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
16:37 22.12.2025
Rəsmi
Səbuhi Rzayev: Media savadlılığı mövzusu məktəbdən başlayır
16:28 22.12.2025
Media
Cevdet Yılmaz Azərbaycana təşəkkür edib
16:12 22.12.2025
Siyasət
Tatarıstanın Rəisi İlham Əliyevi təbrik edib
15:41 22.12.2025
Rəsmi
David Babayan və Levon Mnatsakanyan məhkəmədə son söz deyiblər
15:17 22.12.2025
Hadisə
Bu ssenari gerçəkləşmədi, İran zərbə endirdi
15:11 22.12.2025
Dünya
İlham Əliyev “Şəhərsalma və Memarlıq İli” ilə bağlı paylaşım edib
15:04 22.12.2025
Rəsmi
Vens: Ukrayna Donetski itirəcək
14:57 22.12.2025
Dünya
Elman Allahverdiyev Dərbənd şəhərinin rəhbəri təyin edildi
14:49 22.12.2025
Gündəm
Vens: Ukrayna Donetski itirəcək
14:42 22.12.2025
Dünya
Leyla Mizrahi yuxuda vəfat edib, ölüm səbəbi açıqlanıb
14:36 22.12.2025
Şou
Putin MDB ölkələrinə çağırış etdi
14:33 22.12.2025
Dünya