Pilot bacılar eyni təyyarədə tarix yazdılar




Pakistanlı bacılar Maryam və Erum ilk dəfə eyni təyyarədə bərabər oldular və "Boeing 777"i birlikdə havaya qaldırdılar.
Pakistan Beynəlxalq Hava yollarında (PIA) pilot olan iki bacı eyni təyyarədə vəzifə yerinə yetirən ilk pilot bacılar oldular.
Hava yolları spikeri Danyla Gilani, Maryam və Erum Masood bacılarının bu zamana qədər fərqli təyyarələrdə pilotluq etdiklərini, amma ilk dəfə eyni təyyarəni bərabər idarə etdiklərini söylədi.
İctimai media hesabından "Maryam və Erum eyni anda "Boeing 777"i uçuraraq PIA üçün tarix yazdı" deyə mesaj yazan Gilani, bacıların yaratdıqları xoş ortamdan məmnun olduqlarını və şirkətin onları ayırmağı düşünmədiyini bildirib.