Pirallahı rayonunda HƏYƏCAN: uşaq sanatoriyası yandı, 24 nəfər təxliyyə edildi





Bakıda uşaq sanatoriyasında yanğın baş verib.
Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Pirallahı rayonunda Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 225 kv.m olan ikimərtəbəli 3 saylı "Somatik” uşaq sanatoriyasının 1-ci mərtəbəsində sahəsi 40 kv.m olan otaqda 1 ədəd çarpayı və 1 ədəd yataq dəsti yanıb, yüksək temperaturdan 1 ədəd "SAMSUNG” markalı kondisioner əriyib.
Yanğın zamanı 24 nəfər (16 nəfəri uşaq olmaqla) yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Otağın qalan hissəsi və sanatoriya binası yanğından mühafizə olunub. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.