Pişiyi ipdən asıb sevgilisini təhdid etdi

“Diqqət yetir, sevdiyim, səni də belə asaram’’



İzmirdə dəhşəttli bir hadisə yaşanıb. Çiyli qəsəbəsində yaşayan lisey şagirdi K. İ. (15) adlı qız, iddiaya görə evlərinin damında paltar ipi ilə pişiyi asıb. Öldürdüyü pişiyin yanına keçən K. İ. daha sonra poza verərək fotoşəkil çəkdirib.

Qız, çəkdirdiyi fotoşəkili bir ictimai paylaşma saytındakı hesabına yükləyərək fotonun altına da "Diqqət yetir, sevdiyim, səni də belə asaram ‘’ qeydini yazıb. Bu paylaşma qısa müddətdə 88 adam tərəfindən bəyənilib, ancaq şəkili görən heyvansevərlər isə isya edib. Vəziyyəti öyrənən və fotoşəkili görüncə şok olan Egey Heyvan Haqqları Federasiyası rəhbəri Funda Bayri Ərsoy, fotoşəkili də təhlükəsizlik idarəsi və prokurorluğa apararaq ittiham irəli sürüb. İctimai mediadakı reaksiyalardan sonra K.İ.ın yüklədiyi fotoşəkili silərək, hesabını da qoruma altına aldığı müşahidə edildi.