Polis “sarı jilet”lilərlə yanaşı azyaşlıları da gözyaşardıcı tüstüdə boğdu - VİDEO





Parisin Nant şəhərində "sarı jilet”lilərin XXI aktı zamanı polis azyaşlıları da gözyaşardıcı qazda boğub.

"Sherg.az” "liberation.fr” (azadlıq) istinadən xəbər verir ki, Nantda aprelin 6-da XIV Ludovik meydanında baş tutan aksiya zamanı polis gözyaşardıcı qumbaralardan istifadə edib.

Həmin gün, həmin saatda Nantda adıçəkilən meydanın lap yaxınlığında "la fête foraine” (yarmarka bayramı) keçirilib. Polis gözyaşardıcı qumbaralardan istifadə etdikdə gözyaşardıcı tüstü atraksionda əylənən uşaqları da boğub.

Bundan sonra uşaqların qışqırıq səsi aləmi bürüyüb. Lakin polis yenə də öz "işi”ni davam etdirib. Hətta "sarı jilet”lilər polislərdən gözyaşardıcı qumbaralardan istifadəni dayandırmalarını xahiş etsələr də, polis buna məhəl qoymayıb. Hətta bəzi "sarı jilet”lilər onu da bildiriblər ki, onlar "la fête foraine”dən uzaqlaşsalar da, polislər gözyaşardıcı qumbaranı yenə həmin istiqamətə atıblar.

Tərcümə etdi: Ayyət Əhməd