Polis şok oldu: İtkin uşağı axtararkən başqa cəsəd ortaya çıxdı
21:21 18.01.2016
Arxiv
751
Samsunda 16 il əvvəl 5 yaşında itdikdən sonra ondan heç bir xəbər çıxmayan Sinəm Özdəmiri tapmaq üçün istintaqı icra edən prokurorluq, şübhəli kimi 7 il əvvəl intihar edən Əhməd Dəmirçinin evində araşdırma aparıb.
Dəmirçinin evinin mətbəxində betonun altında basdırılmış sümük parçaları tapılıb. Araşdırma zamanı sümük parçaların Sinəmə aid olmadığı, 10-15 yaşlarında başqa qıza aid olduğu müəyyənləşib. Sinəmi axtararkən başqa bir naməlum cəsəd ilə qarşılaşan prokurorluq, bölgədə digər itkin müraciəti olub, olmadığını araşdırmağa başlayıb.
Hadisə belə baş verib. 2000-ci ilin iyun ayında, 5 yaşlı Sinəm Özdəmir evinin qarşısında oynayarkən yoxa çıxıb. Polis bütün axtarışlara baxmayaraq uşağı tapa bilməyib. Aişə və Mahmud Özdəmir cütlüyü, illərlə qızlarından xəbər gözlədi. Ancaq bütün axtarışlara baxmayaraq bir nəticə əldə edilmədi. 2010-cu ildə Sinəm Özdəmirin işi tozlu rəflərdən endirilib təkrar istintaq başladıldı.
Onun tapılması üçün 3 nəfərləik xüsusi bir qrup yaradıldı.
Sinəmin fotoşəkili İstanbul Ədli Tibb Təşkilatına göndərilərək, yenidən üzləndirmə laboratoriyasında uşağın 15 yaşındakı halının görüntüsü yaradılıb, polis qruplarına paylandı. Ancaq yenə bir nəticə hasil olmadı. Sinəm Özdəmirin işi Respublika Baş prokurorluğu tərəfindən 2014-cü ildə prokuror Vedat Soğukpınara verildi. Prokuror Soğukpınar, əvvəl Zeytunluq məhəlləsində cinsi cinayətlərdə mühakimə olunan, həbs cəzası alan, məhkumluğu olan kəsləri müəyyənləşdirdi. Təyin olunan adların hamısının işi tək-tək araşdırıldı. 2008-ci ildə intihar edən Əhməd Dəmirçinin adı üzərində əl saxlanıldı.
Sinəmin yaşadığı evə çox yaxın məsafədə məskunlaşan Dəmirçinin 1995-ci ildə 2 yaşlı bir qız uşağına təcavüz edib, öldürdüyü iddiasıyla nəzarətə alınıb, dəlil olmadığı üçün bəraət aldığı ortaya çıxınca, həyat yoldaşı ifadəyə çağırıldı. Artıq Zeytunluq məhəlləsində yaşamayan 2 uşaq anası F. D., ifadəsində o dövrlərdə kənddə olduğunu və həyat yoldaşının da mətbəxdə işlədiyini və dəzgahı dəyişdirdiyini söylədi. Bundan sonra qruplar istifadə edilməyən və boş olan evin mətbəxində qazıntı işləri aparıblar. Bu zaman bir uşağa aid olan kəllə, diş və sümük parçaları tapıldı. Alınan parçalar İstanbul Ədli Tibb Təşkilatına göndərildi. Araşdırmada evdə olan sümük parçalarının Sinəm Özdəmirə aid olmadığı təyin olundu. Parçaların, 10-15 yaşlarında başqa bir qız uşağına aid olduğu aydın oldu. Prokurorluq bundan sonra Samsun başda olmaqla yaxın ətrafdakı itkin müraciətlərini təqibə aldı. Sümük parçalarının zərər gördüyünə görə uşağın kimliyi təsbiti edilə bilmədi. Sinəmi axtararkən başqa bir naməlum cəsədlə qarşılaşan qruplar şok oldu. İtkin Sinəm Özdəmirin işi yenidən naməlumluğunu qoruyur. Prokurorluq indi də evdə olan sümük parçalarının kimə aid olduğunun araşdırmağa başladı. Sinəm Özdəmirin atası Mahmud Özdəmir, sümük parçalarının qızına aid olmamasına görə ümidlərinin artdığını ifadə edərək, "Mənə bizdən alınan DNT nümunələri ilə müqayisə edildiyində evdə olan sümük parçaları qızıma aid olmadığı deyildi. Bu, qızımın yaşadığına dair ümidimizi bir daha artırdı. Qruplar işlərini hələ də davam etdirir” deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət