Polisdən MÜRACİƏT: "Paltar qurutma ənənəsinə son qoyulsun"
17:15 08.07.2019
Arxiv
319
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) əhaliyə müraciət edib.
Bu barədə qurumun mətbuat xidmətindən "Sherg.az"a məlumat verilib. Müraciətdə bildirilib ki, inkişaf tempinə uyğun olaraq paytaxtda həyata keçirilən layihələr uğurla icra olunur. Paytaxt müasirlik və estetik gözəlliyinə görə dünyanın ən məşhur şəhərləri sırasında olduğunu nəzərə alaraq hər bir şəhər sakini ətraf mühitin ümumi görkəminə töhfə verməlidir:
"Nədir bu töhfələr, kimdən daha çox asılıdır? Bu, hər birimizdən asılıdır. Antisanitar vəziyyət, piyada səkilərinin təyinatı üzrə istifadəsinə etinasız münasibət, yaşayış binalarının fasadlarında asılan qurutma zivələri cəmiyyəti qayğılandırır. Şəhərin görünüşünə xələl gətirən hallarla bağlı ayırı-ayırı paytaxt sakinləri tərəfindən polisə daxil olan müraciətlərdə ekologiyanın və ətraf mühitin mühafizəsi, piyada səkilərinin zəbt olunması məsələsi önə çəkilir.
Vətəndaş müraciətlərini nəzərə alaraq, paytaxt sakinlərindən xahiş olunur ki, piyada səkilərini təyinatı üzrə istifadə etməklə, dayanma-durma qaydalarının tələblərinə əməl etsinlər, avtomobilləri piyada səkilərində saxlamasınlar, şəhərin təmizliyinə həssas yanaşsınlar, binaların fasadlarında paltar qurutma ənənəsinə son qoysunlar.
Sadalanan halların nümunəvi təminində və həyata keçirilməsində hər bir paytaxt sakinini, qonaqları fəal iştiraka çağırırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi
13:47 14.07.2026
Hadisə
Konstitusiya Məhkəməsinin 28 illiyi münasibətilə tədbir keçirildi
13:25 14.07.2026
Gündəm
IV Şuşa Qlobal Media Forumu başa çatdı
13:17 14.07.2026
Media
Moldova Rusiya səfirini XİN-ə çağırdı
13:09 14.07.2026
Dünya
Yol polisi sürücülərə xəbərdarlıq etdi
12:50 14.07.2026
Cəmiyyət
Çempionlar Liqası: “Sabah” cavab matçına çıxır
12:45 14.07.2026
Futbol
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşüb
12:40 14.07.2026
Siyasət
Əliyev və Pelleqrini işğal dövründə güllələnmiş büstlərə baxıblar
12:29 14.07.2026
Rəsmi
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
12:23 14.07.2026
Siyasət
Kardioloq ürək sağlamlığını qorumağın 5 əsas yolunu açıqlayıb
12:17 14.07.2026
Sağlamlıq
Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
11:59 14.07.2026
İnfrastruktur
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
11:52 14.07.2026
Sosial
Tramp: İranı demək olar ki, Daş dövrünə qaytarmışıq
11:27 14.07.2026
Gündəm
Ölkədə Media və Yayım Şurası yaradıldı
11:20 14.07.2026
Media