Polisin gülləsindən Dilək Doğan həyatını itirdi: İnsanlar xəstəxanaya axın etdi





Sarıyerdəki terror əməliyyatı zamanı  polisin silahından çıxan güllə ilə yaralanan Dilək Doğan, müalicə aldığı  xəstəxanada həyatını itirdi.

Axşam saatlarında öldüyü öyrənilən Dilək Doğanın cənazəsi, geniş təhlükəsizlik tədbirləri altında xəstəxanadan alınaraq, Yenibosnadakı Ədli Tibb Təşkilatına gətirildi. Ədli Tibb ətrafında da polis qruplarının ərazini nəzarətə  aldığı  göründü.
Bu vaxt, 25 yaşındakı gənc qızın öldüyünü eşidən yaxınları xəstəxanaya axın etdi.