Prezident Brüsseldə Jan-Klod Yunkerlə görüşüb - YENİLƏNİB




Azərbaycan prezidenti İlham Əliyevin Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker ilə görüşü olub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

*** 18.46

Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri çərçivəsində Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerlə görüş başlayıb.

APA-nın məlumatına görə, prezident bundan əvvəl Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi, vitse-prezident Federika Mogerini və Aİ-nin enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşlər keçirib.