Prezident hər zaman şəhid ailələrinin dayağıdır - Şəhid atası ölkə başçısına minnətdarlıq etdi



"Dövlət başçısı cənab İlham Əliyevə hər zamam minnətdar olmuşuq. Bugün də təşəkkür edirik. Prezident imzaladığı sərəncamla şəhid ailələri üçün çox böyük bir addım atdı”.

Bunu "Sherg.az”a açıqlamasında 1993-cü ilin 9 fevralında Xocavənd rayonunun Nərgiztəpə istiqamətində gedən döyüşlərdə şəhid olan Mamedov Hafizin atası Məmmədov Baloğlan Məhəmməd oğlu deyib.

Şəhid atası bildirib ki, dövlət şəhid ailələrini hər zaman diqqətdə saxlayıb: 

"Ötən illər ərzində hər an dövlətin, şəxsən hörmətli Prezidentin diqqət və qayğısını üzərimizdə hiss etmişik. Heç vaxt bizə biganə olmayıblar. Növbəti dəfə bizə 11 manat vəsait verilməsi çox humanist addımdır. Allah Prezidentimizə can sağlığı versin, dövlətimizin bayrağını uca etsin. Dövlət rəhbəri şəxsən özü şəhid ailələri ilə maraqlanırsa, bundan artıq bizə nə lazımdır?! Heç bir xarici dövlətdə belə addım atılmayıb. Ancaq hörmətli Prezidentimizin şəxsi təşəbbüsü ilə Azərbaycanda şəhid ailələrinə yardım edilir”.
Şəhid vərəsəsi sənədləşmə işinin bitdiyini, yaxın günlərdə vəsaiti alacaqlarını deyib: "Verilən məbləğ çox böyükdür və bizi qane edir”.

Qeyd edək ki, Prezidentin 2018-ci il 19 aprel tarixli "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilməsi qərara alınıb. Sevindirici haldır ki, artıq bir neçə gün öncə, noyabrın 14-dən başlayaraq qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə şəhid ailələrinə maddi yardımların verilməsinə başlanılıb. Rəsmi olaraq 113 nəfərə dövlət tərəfindən birdəfəlik vəsait ödənilib. Cəmiyyətin bütün təbəqələrində yüksək qiymətləndirilir. Elə şəhid ailələrinin nümayəndələri də bunun müsbət bir hal olduğunu, dövlətin diqqət və qayğısının nümunəsi adlandırdılar.

İsmayıl